Mobil versiya
"Məmurların sayını 30 faiz azaltmaq lazımdır"
Tarix: 02-12-2016 | Saat: 14:06
Bölmə:Manşet | çapa göndər



Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub.

APA-nın məlumatına görə, Milli Məclisin komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

Q. Həsənquliyev bildirib ki, Azərbaycanda istər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur: “İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər Kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq”. Q. Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib: “Pensiyaları da ən azı iki dəfə artırmaq lazımdır. Ön xətdəki hərbçilərin maaşı da artırılmalıdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024