Mobil versiya
Azərbaycanlı gənc inanılmaz fırıldağın üstünü açıb - VİDEO
Tarix: 27-10-2016 | Saat: 12:06
Bölmə:Karusel | çapa göndər



O, başına gələnləri çəkdiyi videoda gənclər üçün danışıb
Emil Əmiraslanov adlı Bakı sakini, bir qrup fırıldaqçının əməlini üzə çıxardıb. Emilin Bizimyol.info-ya verdiyi məlumata görə, onun tanışlarından biri fırıldaqçıların qurbanı olub.

"Dostumun həmyerlisi internetdə bir qızla tanış olub. Xanım pul qarşılığında oğlana intim münasibət təklif edib. Dostumun həmyerlisi xanıma zəng edib və görüş təyin ediblər. Xanım bildirib ki, Nizami metrostansiyası yaxınlığında görüşəcəyik. Nizami metrostansiyasına gələn zərərçəkən, xanımın təklifi ilə binalardan birinin zirzəmisində yerləşən kafelərdən birinə daxil olub. Onlar bir masada əyşəldikdən sonra ofsiant masaya içki gətirib. Təxminən 3 dəqiqədən sonra xanım masadan qalxıb və ofsiant əlində 250 manatlıq hesabla oğlana yaxınlaşıb. Ofsiant bildirib ki, xanım Şotland içkisi içib. Elə bu andan sonra oğlanın həmin kafedən çıxması mümkün olmur." - Emil Əmiraslanov

Emilin dediyinə görə, masaya hesab gəldikdən sonra oradan çıxmaq mümkün olmur: "Həmin məkanda olan qəribə görünüşlü şəxslər, pulu verməyənləri döyürlər, işgəncələr verirlər. Hətta eşitdiyimə görə, bir nəfəri hədələyiblər ki, ya pulu verməlisən, ya da anana zəng edəcəyik və o gələcək bura."

Emi Əmiraslanov Bizimyol.info-ya bildirib ki, o danışılanların həqiqət olduğunu öyrənmək üçün həmin məkana gedib. O, başına gələnləri çəkdiyi videoda sosial şəbəkə istifadəçiləri üçün danışıb və aidiyyatı qurumlardan bu məsələ ilə bağlı maraqlanmasını xahiş edib.

Daha ətraflı videodan öyrənə bilərsiniz.

[media=https://youtu.be/z0ZhXLDbKfA]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024