Mobil versiya
Baytarlıq idarəsinin daha bir cinahında özbaşınalıq - İTTİHAM VAR
Tarix: 17-06-2016 | Saat: 14:53
Bölmə:Manşet | çapa göndər

Baytarlıq idarəsinin daha bir cinahında özbaşınalıq - İTTİHAM VAR

Baytarlıq idarəsinin daha bir cinahında özbaşınalıq
Kənd Təsərrüfatı Nazirliyində (KTN) Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair geniş tərkibdə iclasın keçirilməsi barədə xəbər vermişdik. Məlumata görə, iclasda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında Dövlət Xidmətinin müstəsna rolu olduğunu qeyd edib. İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və mövcud nöqsanlar barədə geniş və əhatəli məlumat verib. İclasda baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə hər bir baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) rəhbərinin məlumatı dinlənilib. İclasda işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəsini təmin etmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilib; 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilib, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilib, qısa müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbirlər görüləcəyi nəzərlərinə çatdırılıb. Nazir Heydər Əsədovun bu addımını təqdir edirik. Amma cənab nazir xidmətin bəzi yerli idarələrində mövcud olan problemləri sanki görməzdən gəlir. Məsələn, artıq neçənci dəfədir ki, gundelik-baku.com saytında Şirvan şəhər Baytarlıq İdarəsində cərəyan edən qanunsuzluqlar, idarənin rəisi Oqtay Xəlilovun işinin öhdəsindən layiqincə gələ bilməməsi barədə məlumatlar yayımlanır. Buna baxmayaraq, nazir hələ ki, idarəyə yoxlama göndərməyib. Cəzasız qaldığını görən idarə rəisi isə öz bildiyini etməkdədir. Şirvan sakinlərinin gundelik-baku.com-a verdikləri ən son məlumatlara görə, şəhərdə fəaliyyət göstərən sallaqxanalarda ət kəsiminə nəzarət yox dərəcəsindədir: «Oqtay müəllim idarəyə rəis keçəndən sonra vətəndaşlar dana ətinə həsrət qalıb. Belə ki, 34 ət kəsimi məntəqəsinin bir neçəsini çıxmaq şərtilə əksəriyyətində camış və ölmüş heyvanların əti satılır. Artıq insanların ət dükanlarına inamı qalmayıb. Bu səbəbdən şəhər sakinləri ətə olan ehtiyaclarını yaxın rayonların hesabına ödəyirlər. Bir neçə gün əvvəl Şirvandakı ət sallaqxanalarından birinin yaxınlığında kəsilmiş at başı və ayaqları tapılıb. Bu isə o deməkdir ki, həmin ət dükanında əhaliyə at əti satılır. Sözsüz ki, ət dükanlarının sahibləri bu qanunsuzluğu özbaşına həyata keçirmirlər. Deyilənə görə, idarə rəisi bu işlərdə qəssablara hər cür köməklik göstərir. Təbii ki, bunun qarşılığında sahibkarlar Oqtay müəllimə müəyyən olunmuş qaydada «minnətdarlıq» bildirirlər». Sakinlər həmçinin vurğulayırlar ki, Şirvan Baytarlıq İdarəsinin rəisi hələ də Milli Məclisin Sabirabaddan olan deputatı Elçin Quliyevin adından istifadə edir. Hər yerdə məhz deputatın sayəsində idarə rəisi vəzifəsinə təyin olunduğunu deyir. Hələ üstəlik bildirir ki, deputat ona hər cür qanun pozuntusuna imza atmaqda sərbəstlik verib. Biz başa düşə bilmirik, Oqtay Xəlilov Elçin Quliyevə tabedir, yoxsa Heydər Əsədova? Yəqin ki, bu sualın cavabına hörmətli nazir özü tezliklə aydınlıq gətirəcək. Növbəti yazımızda 3 minlik məsələ barədə söhbət açacağıq. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024