Mobil versiya
Xəzər rayonu 26 saylı məktəb sanki Bakı tikiş evinin filyalıdır
Tarix: 16-06-2016 | Saat: 14:11
Bölmə:Manşet | çapa göndər

Xəzər rayonu 26 saylı məktəb sanki Bakı tikiş evinin filyalıdır


Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 saylı orta məktəb Heydər Əliyev Fondunun hesabına təmir olunub. Direktor Natiq Səmədov fərasət göstərib Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın məktəbə qayğılı münasibətindən, iltifatından özünün reklamı üçün istifadə etdi və sanki bir növ "toxunulmazlıq statusu" qazanmış oldu. İctimai rəy də istər-istəməz məktəb və onun rəhbərliyi üçün müsbət istiqamətə dəyişdi. Hamıda belə bir təsəvvür formalaşdı ki, sözügedən məktəbdə təlimin, tərbiyənin səviyyəsi də burada yaradılmış gözəl şəraitə uyğun olar. İlk vaxtlar hətta məktəbin barəsində dolaşan bəzi neqativ informasiyalar da təhsil ocağının şöhrətinin kölgəsi altında qaldığından, heç kəsə inandırıcı təsir bağışlamırdı. Məktəb direktorunun rəvac verdiyi bildirilən xoşagəlməz hallar haqda vaxtilə hətta bizim redaksiyamıza da informasiyalar daxil olmuş, lakin məktəbin üstün nüfuzunu nəzərə alıb həmin məlumatları araşdırmaqda perspektiv görmədik. Qeyd edək ki, bunu bizim tərəfimizdən bir növ biganəlik kimi qəbul edən informatorlarımız hətta bizdən incik düşdülər. Həmin məlumatlardan biri də 26 saylı məktəbdə direktorun patronajlığı altında şagird geyim dəstləri bazarının fəaliyyət göstərməsi ilə bağlı idi.

Nə isə... İndi "Bakı Tikiş Evi"nin az qala filialı olan həmin bazarın potensial müştərilərinə - şagirdlərə, onların valideynlərinə mesajlar verilməkdədir ki, sentyabrın tədarükünü görməyə hazırlaşsınlar. Əgər başqa məktəblərdə pul yığımı mövsümi xarakter daşısa da, burada il boyu davam edir. Valideynlərdən öyrənmişik ki, "Son zəng" əyləmləri yuxarı sinif şagirdlərinə vinetka və s. xərclər də daxil olmaqla, ümumilikdə 300 (üç yüz) manata başa gəlib ki, bu da orta statistik Bakı məktəblərində yığılanlardan xeyli çoxdur. Təxmin edirik ki, özündən razı direktorun bu özbaşınalıqlarından hörmətli səhiyyə naziri cənab M. Cabbarovun əlbəttə, xəbəri yoxdur. Məlumatlı olsaydı, Heydər Əliyev Fondunun nüfuzunu öz cılız şəxsi maraqlarına xərcləyən direktor N. Səmədovun barəsində ciddi ölçü götürərdi.

Elnarə Kərimova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024