Mobil versiya
Yer kürəsinin bənzəri tapıldı
Tarix: 01-06-2016 | Saat: 14:49
Bölmə:--- | çapa göndər




ABŞ Milli Aerokosmik Agentliyi (NASA) mütəxəssisləri sensasion bəyanatla çıxış ediblər.

Aia.az anspress-ə istinadən bildirir ki, alimlər Kepler kosmik teleskopunun köməyi ilə Kepler-62f ekzoplanetində nəzəri cəhətdən həyatın mövcudluğunu müəyyən ediblər.

NASA-nın tədqiqatçılar qrupu Los-Ancelesdə yerləşən Kaliforniya Universitinin baza laboratoriyasında Kepler teleskopunun məlumatlarını analiz edərək 1284 yeni ekzoplanet aşkar edib. Bu planetlərdən 9-nun potensial həyat üçün yararlı olduğu məlum olub. Sözügedən planetlərdən biri Sentavr Alfası sistemində yerləşir.



Ekzoplanet Kepler-62f 2013-cü ildə narıncı cırtdan Kepler 62 ulduzunun yanında aşkar edilib. Bu planet Yerdən təxminən 1200 işıq ili uzaqlıqda yerləşir. Obyekt ölçülərinə görə, planetimizdən 40% üstündür. Kepler-62f ekzoplanetinin yaşı 7.5 milyard il hesab edilir.



NASA-nın Kepler teleskopu ilə tapılan Günəş sistemindən kənarda yerləşən planetlərdən üçündə həyat əlamətlərinin müşahidə edildiyi deyilib. Həyat əlaməti ola biləcək planetlər Kepler 438b, Kepler 442b və Kepler 440b adlandırılıb. Ən çox dünyaya bənzəyən isə Kepler 438b-dir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə