Mobil versiya
Səfər Əbiyev aprel döyüşlərini çox yüksək qiymətləndirdi
Tarix: 11-05-2016 | Saat: 15:38
Bölmə:Karusel | çapa göndər

Səfər Əbiyev aprel döyüşlərini çox yüksək qiymətləndirdi





Səfər Əbiyev aprel döyüşlərini çox yüksək qiymətləndirdi
“Ordumuzun aprel döyüşlərində əldə etdiyi uğurları yüksək qiymətləndirirəm. Ordumuzla bağlı fikirlərim çox müsbətdir. Aprel döyüşlərində ordumuzun, silahlı qüvvələrimizin düşmən üzərində qələbəsi yuxarı komandanlığın ordunu düzgün idarə etməsi ilə əlaqədar olub. Bu da öz müsbət nəticəsini verdi”.

Bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib.

Eldar Sabiroğlu keçmiş müdafiə naziri Səfər Əbiyevlə əlaqələrindən də söz açıb.

“Səfər Əbiyevlə münasibətlərimiz çox normaldır. Bu gün də əlaqə saxlayırıq. Üzülüşməmişik. Bəzilərinin belə fikirləri var ki, “bu, Səfər Əbiyevlə bir yerdədi. Hər ikisi nələrdənsə söhbət aparır” və sairə. Belə söz-söhbətləri eşidirəm. Bunlar gülünc məsələlərdir”.

Eldar Sabiroğlu Səfər Əbiyevin aprel döyüşlərində Azərbaycan ordusunun bir neçə yüksəkliyi əldə etməsinə münasibəti barədə də danışıb.

“Aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı Səfər Əbiyevlə söhbətimiz oldu. Söhbət zamanı o, aprel döyüşlərini çox yüksək qiymətləndirdi və qələbəyə, hər bir əsgərin uğuruna sevindi.

Hələ də şübhə var ki, ordumuzun uğurlarına Səfər Əbiyev tərəfindən qeyri-münasibət göstərilir?! Bunu heç cür başa düşə bilmirəm. Səfər Əbiyev həyat yolu keçmiş adamdır. Adi əsgərdən diviziya komandirliyinə qədər yüksəlib. O, ordunun nə demək olduğunu və necə idarə edilməsini çox gözəl bilir.

Aprel döyüşlərində torpaq uğrunda şəhid olan zabitlərin, xüsusi təyinatlıların əksəriyyəti Səfər Əbiyevin dövründə yetişmiş hərbi kadrlardır. Onlar birdən-birə meydana çıxmayıblar. Həmçinin, indiki Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti barədə də qəti şəkildə mənfi rəyim yoxdur”.

Eldar Sabiroğlu “bəs Səfər Əbiyev indiki müdafiə naziri Zakir Həsənovun işini, orduya münasibətini necə qiymətləndirir” sualını isə belə cavablandırıb:

“Səfər Əbiyevlə Zakir Həsənov barədə söhbətimiz olmayıb. Yaxşı olar ki, bu sualı Səfər Əbiyevin özünə ünvanlayasınız”.

Eldar Sabiroğlu sabiq müstənqtiq olan oğlu Rüfət Səfərovla bağlı da danışıb.

“Oğlum Rüfətin seçmiş olduğu mövqeyi heç zaman dəstəkləməmişəm. Kimlər belə düşünürsə, səhv edir. Heç zaman mövqeyimdən çəkinməmişəm. Oğlumun atmış olduğu addımı mənfi qarşılamışam. Bu gün də həmin fikirdəyəm. Ata-oğul münasibətlərimiz isə çox yaxşıdır. Sadəcə, siyasi məsələlərdə, siyasi düşüncələrdə mövqelərimiz üst-üstə düşmür

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024