Mobil versiya
Abramyan nazirlərlə Qarabağa gedir
Tarix: 08-05-2016 | Saat: 11:59
Bölmə:Karusel | çapa göndər

Abramyan nazirlərlə Qarabağa gedirErmənistan baş naziri Ovik Abramyan mayın 9-da qondarma Dağlıq Qarabağa səfər edəcək.

Bu barədə “İnterfaks”a hökumətə yaxın mənbələrdən bildirilib.

Mənbənin sözlərinə görə, Abramyan həm Qələbə Günü, həm də qondarma Qarabağın Silahlı Qüvvələrinin yaranma günü münasibətilə ora səfər edəcək. Onu bir neçə nazir müşayiət edəcək.

Xatırladaq ki, işğalçı Ermənistan hökuməti qondarma Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsi hazırlayıb. Azərbaycan XİN-nin mətbuat xidməti məlum qanun layihəsi ilə bağlı yaydığı bəyanatda qeyd edib ki, bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024