Mobil versiya
Beyləqan icra başçısını bitirməli olan dəhşətli olay
Tarix: 02-05-2016 | Saat: 14:03
Bölmə:Manşet | çapa göndər

Beyləqan icra başçısını bitirməli olan dəhşətli olay

Beyləqan icra hakimiyyətinin başçısı Vaqif Abdullayev hər zaman medianın diqqət mərkəzində olan mənfi obrazlardan sayılır.

Savash.org bildirir ki, yolverilməz hərəkətləri, etikadan kənar davranışları ilə daim gündəmə gələn icra başçısının qəribəliklərlə zəngin olan məxfi dosyesinə bu günlərdə daha bir şok olay əlavə edilib. Belə ki, Beyləqan RİH başçısı şəxsi katibəsini əməlli-bağlı döyüb. Bu haqda təfərrüatlı məlumat verən rubrika.az saytının xəbərinə görə, Beyləqan rayon icra başçısı Vaqif Abdullayev bir neçə gün öncə özünün katibəsi olan Səcidə Sadıqovanı döyüb.

Qeyd edək ki, Səcidə Alışan qızı Sadıqovanın vəzifəsi Beyləqan rayon icra hakimiyyətinin rəsmi saytında Aparıcı məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloq kimi göstərilib. Amma icra hakimiyyətində hər kəs bilir ki, Səcidə Sadıqovanın bu işi formal xarakter daşıyır və onun əsas işi Vaqif Abdullayevin qapısının ağzında dayanıb icra başçısına qulluq etməkdən ibartədir.

İcra hakimiyyətindəki mənbəmizin saytımıza göndəridiyi məlumatda vurğulanır ki, Vaqif Abdullayevin bir çox idarə və müəssisə rəhbərlərinə sözünü məhz Səcidə xanım çatdırır. Rayon icra hakimiyyətinin qonaq evində qalan və hər axsam içki məclisi quran Vaqif Abdullayevin yemək içməyini də məhz Səcidə xanımla şəhər məktəbinə rəhbərlik edən bir direktor xanımın təşkil etdiyi deyilir.

Daha sonra sayt baş vermiş insidentlə bağlı bunları yazır: “İcra Hakimiyyətindəki mənbəmiz iddia edir ki, 15 gün öncə Vaqif Abdullayev katibəsi Səcidə xanımı ağır şəkildə təhqir edərək döyüb. Mənbəmiz hadisənin axşam saatlarında olduğunu və həmin vaxt icra hakimiyyətinin binasında bir neçə nəfərin olduğunu qeyd edir. Hadisənin isə xanım katibənin icra başçısının sözünü yerinə yetirməməsi yaxud onu aldatması ilə əlaqəli olduğu bildirilir”.

Savash.org isə xatırladır ki, bu, Vaqif Abdullayevlə bağlı yayılan yeganə belə xəbər deyil. Qeyd edək ki, bir müddət əvvəl Vaqif Abdullayevin rayon icra hakimiyyətində əlavə işçi ştatı açaraq bir xanımı katibə gətirməsi və ona 5 min manatlıq şuba alması ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd olunurdu ki, Vaqif Abdullayev rayon Mədəniyyət və Turizm şöbəsinin işçisi olan xanımı icra hakimiyyətində yüksək vəzifəyə gətirtmək istəyir. Ancaq icra başçısının bu istəyi və ona 5 min manatlıq şuba alması xəbərinin yayılmasından sonra Vaqif Abdullayev planından əl çəkməli olub.

Savash.org oxucuları üçün maraqlı olacağını nəzərə alaraq müxtəlif zamanlarda Vaqif Abdullayevlə bağlı ölkə mediasında yer almış məqalələrdən seçmələri təqdim edir. Beləliklə “qəhrəmanımız”la yaxından tanış olaq:

“...Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev müavinlərindən küsüb. İnanılması nə qədər çətin olsa da bu belədir və icra başçısının müavinləri ilə küsüşməsinin ilginc tarixçəsi var.

Savash.org-un rayondakı mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, olay rayonun Mərkəzi Stadionunda Beyləqan RİH və “Lider” telekanalının müştərək təşkilatçılığı ilə baş tutmuş Novruz konsertindən öncə baş verib.

Xatırladaq ki, 15 mart 2016-cı il tarixində baş tutmuş həmin konsertin realaşdığı Beyləqan Mərkəzi Stadionu bir müddət öncə çökmüş və təmirə dayandırılmışdı.
İcra başçısı Vaqif Abdullayevin müavinləri Telman Məstənov və Məhəmməd Qələndərovla konfliktə girməsinə də elə həmin “təmir söhbəti” səbəb olub. Beyləqan Rİh başçısı uçmuş rayon stadionunun qısa müddət ərzində bərpa olunması üçün yerli məmurlar qarşısında öhdəlik qoyubmuş. Konsertdən öncə isə icra başçısı verilən tapşırığın icrasına şəxsən baxmaq üçün adıçəkilən məkana təşrif buyurub.

Stadiona içkili vəziyyətdə gəldiyi bildirilən icra başçısı burada müavinlərinə möhkəm təpinib və çıxışının sonunda hətta etik normaları da unudaraq lüzumsuz ifadələr işlədib. Başçının bunca qəzəblənməsinə səbəb isə müavinlərinin “daxili imkanlar” hesabına həyata keçirməli olduqları təmir işini reallaşdırmamaları olub.

Savash.org-un məlumatına görə, başçısının iradlarına öncə səbrlə yanaşan müavinlər sonda Vaqif Abdullayevə cavab qaytarmalı olublar. Bu isə icra başçısının daha da aqressivləşməsinə və mübahisənin böyüməsinə səbəb olub.

Hadisənin üstündən xeyli keçməsinə baxmayaraq icra başçısı hələ də müavinlərini bağışlamaq niyyəti nümayiş etdirməyib. Belə ki, bu günə qədər Vaqif Abdullayevin müavinlərini danışdırmadığı və onlara heç bir tapşırıq vermədiyi bildirilir”.

İcra başçısının illər öncəki məcarası: “...Beyləqan rayon icra hakmiyyətinin başçısı Vaqif Abdullayev sahibkar Tərlan Kamaloğlu tərəfindən döyülərlərək ciddi xəsarətlər alıb. Bu barədə rayondakı mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən istirahət parkında kafe və bir neçə çayxana sahibi olan Tərlan Kamaloğlu ilə rayonun icra başçısı Vaqif Abdullayev arasında axşam saatlarında qalmaqal yaranıb. Buna səbəb isə icra başçısının sahibkara istirahət parkının abadlaşdırılması üçün verilən göstərişlərin əməl edilməməsi olub. Bundan qəzəblənən Vaqif Abdullayev Kamal Tərlanoğlunu əhali arasında təhqiramiz söyüşlərlə təhqir edib. Məlumatlara görə, icra başçısının söyüşlərini həzm edə bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı kərpiclə Vaqif Abdullayevin üz nahiyyəsindən vuraraq onu yerə sərib. Daha sonra yerə yıxılan icra başçısına sahibkar tərəfindən təpiklə də xəsarətlər yetirilib. Lakin istirahət parkında dincəlməyə gələn vətəndaşların səyi nəticəsində qalmaqal səngiyib. Sahibkar Tərlan Kamaloğlu isə rayon polis şöbəsinə aparılıb”. (AzeriNews.org).

Daha bir məcara: “Beyləqan rayon icra hakimiyyətinin başçısı bu günlərdə sürücüsünü işdən azad edib. İlk baxışdan medianın xüsusi diqqətini çəkməyə layiq olmayan bu məsələnin alt qatında ilginc təfərrüatların dayandığını nəzərə alaraq mövzunu işıqlandırmağa qərar verdik. Baş vermiş olayla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, işdən azad edilən sürücünün vəzifəsini hazırda müvəqqəti olaraq Beyləqan RİH başçısının birinci müavini Telman Məstanovun sürücüsü həyata keçirilir. RİH başçısının sürücüsü isə anlaşılmaz hadisənin qurbanına çevrilib.

Daxil olan məlumata görə, icra başçısının Nəsimi adlı sürücüsünün işdən qovulmasının maraqlı tarixçəsi var. Belə ki, onun Vaqif Abdullayevin qəzəbinə gəlməsinə adını çəkmək istəmədiyimiz xanım müğənnilərdən birinə bayram ərəfəsində zəng etməsi səbəb olub”.

Sonda xatırladaq ki, təqdim etdiyimiz bu seçmələr Beyləqan RİH başçısı haqda yayılmış anormal halları özündə ehtiva edən olayların yalnız cüzi hissəsidir. Buna əmin olmaq üçün “Google” axtarış sistemində “Vaqif Abdullayev” sözünü axtarışa vermək yetərlidir ki, icra başçısının sərgüzəştləri ilə ətraflı tanış olasan.

Ümidvarıq ki, Prezident Adminstrasiyasının məsul şəxsləri də nə vaxtsa Vaqif Abdullayevlə bağlı internet resursları üzərindən axtarış verərək, icra başçısının heç bir normaya sığmayan əməlləri haqda prezidenti məlumatlandıracaqlar.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024