Mobil versiya
Əli Hüseynov: “Azərbaycanda yeni səhiyyə müəssisələrinin inşası istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir”
Tarix: 02-02-2021 | Saat: 16:36
Bölmə:Karusel | çapa göndər

Əli Hüseynov: “Azərbaycanda yeni səhiyyə müəssisələrinin inşası istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir”



“Əminliklə deyə bilərik ki, Azərbaycan dövləti tərəfindən vaxtında görülmüş qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz pandemiya ilə mübarizədən minimal itgilərlə çıxa bildi. Pandemiya ilə mübarizə dövründə Azərbaycan hökuməti vəziyyəti hər zaman nəzarətdə saxlamağı bacardı. Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir və beynəlxalq səviyyədə gedən müzakirələrdə Azərbaycan bir neçə dəfə nümunəvi ölkə kimi təqdim edilib. ” – bunu saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının sədri Əli Hüseynov deyib. Müsahibimiz bildirib ki, pandemiya ilə mübarizədə ölkəmizdə əldə olunmuş yüksək nəticələr birbaşa Prezident İlham Əliyevin bu problemi öz şəxsi nəzarəti altında saxlaması sayəsində mümkün olub: “Əldə olunan nailiyyətlərdə əlbəttə ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi səyləri nəticəsində yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynadı. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə indiyədək ölkədə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı və belə xəstəxanaların sayı 13-ə qədər çatdırıldı. Azərbaycan pandemiya dövründə də özünün “məsuliyyətli ölkə” statusunun qorunmasına müvəffəq oldu. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Bütün bunlar isə əlbəttə ki, həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib.”

Daha sonra Əli Hüseynov ölkəmizdə artıq start götürmüş vaksinasiya məsələsi barədə fikirlərini bölüşərək bunları deyib: “Azərbaycan Cənubi Qafqazda əsl lider dövlət kimi vaksinasiya işlərinə ilk start verən ölkə oldu. Bu xüsusda Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, vaksinasiyada mütləq olaraq ədalət prinsipi qorunmalıdır. Məlumdur ki, vaksinasiya bir sıra Avropa dövlətləri, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu. Gözləmək olar ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Lakin Azərbaycan dövləti bu sahədə də lazımi tədbirləri qabaqcadan görmüşdür. Prezident İlham Əliyevin uzaqgörənliyinin daha bir nəticəsi olaraq Azərbaycan COVAKS təşəbbüsünün üzvü olmuşdur və məhz COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib.”

Həmçinin Azərbaycan səhiyyəsinin görülən tədbirlər nəticəsində son illər ərzində böyük inkişaf yolu keçdiyini vurğulayan Əli Hüseynov bu sahədə yüksək nəticələr əldə olunduğunu bildirib. Müsahibimiz xüsusi olaraq qeyd edib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına göstərilən dövlət qayğısının növbəti sübutudur: “Son 17 il ərzində Azərbaycanda 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Görülən tədbirlər sayəsində ölkənin səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, bundan sonra səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırılması yönümündə əlavə tədbirlər görüləcək. Bu gün isə artıq bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri uğurla fəaliyyət göstərir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olublar. Qeyd etmək lazımdır ki, bu faktın özü də ölkəmizdə səhiyyə sahəsinin dövlətimiz tərəfindənən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını və xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Möhtərəm Prezidentimizin də dediyi kimi, yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə inşa edilmiş bütün digər xəstəxanalar kimi, bu səhiyyə müəssisəsində də vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstəriləcək. Heç bir şübhə yoxdur ki, Azərbaycan səhiyyəsi ən qısa zamanda dünyanın aparıcı səhiyyə sistemləei sırasında öz layiqli yerini tutacaq.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə