Mobil versiya
Mir Cəlal Paşayev adına 39 saylı məktəb direktorunun pulyığanı valideynlərdən “xərac“ yığır? - İDDİA
Tarix: 21-09-2020 | Saat: 12:51
Bölmə:Manşet / Təhsil | çapa göndər

Mir Cəlal Paşayev adına 39 saylı məktəb direktorunun pulyığanı valideynlərdən  “xərac“ yığır? - İDDİA



Əgər xatırlayarsınız ki, bir necə gün əvvəl Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevlə bağlı tənqidi yazı dərc etmişdik. Məqalədə etibarlı mənbələrə istinadən bildirilirdi ki, Nizami Rzayev, ibtidai sinif müəlimələrinə “Hər bir şagird sayına görə 100 manatdan pul yığın. Əks halda, həmin məbləği yığa bilməyən sinifləri zirzəmidə dərs keçməyə məcbur edəcəyəm” deyə tapşırıq verir. Bu hələ azmış kimi o, ibtidai sinif müəllimlərini gözümçıxdıya salmaqdan çəkinmir, hansı şagirdin valideyni pul vermirsə, o halda həmin şagirdin bəxti heç də gətirmir. Yəni, direktorun tapşırığı əsasında kitabxanaçı həmin şagirdə kitab vermir və orda-burda danışır ki, “Bu məktəb direktorunun xüsusi tapşırığıdır”. (Əvvəlki xəbəri bu link vasitəsi ilə oxuya bilərsiniz: aia.az


Bu günlərdə isə redaksiyamıza əlavə məlumatlar daxil olub ki, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbində 180 nəfərlik müəlliminin və təqribən 100-dən çox texniki işçisinin arasında isə xeyli sayda "ölü canlı"nın olduğu ortaya çıxıb. Lakin faktiki olaraq, belə bir böyük məktəbdə 10-12 texniki işçilər var. Belə çıxır ki, digərlərin adları var, özləri isə yoxdur. Hətta belə bir iddia da var ki, N.Rzayev hər ay ştatın maaşını alaraq cibinə qoyur.

Adının çəkilməsini istəməyən mənbənin AİA.AZ-a verdiyi məlumata görə, məktəbdə hər sinifə yazı lövhəsi verilməlidir, lakin sinif müəllimlərinə sinif sayına görə 50 manatdan pul yığılmalıdır. Əks halda, həmin məbləği yığa bilməyən siniflər yazı lövhəsini verilməyəci tapşırıq verilib. Hətta allahın hər sinifə A4 Format kağızı paçkası verilməlidir, lakin direktor onu da qıyıb vermək istəmir.

Eyni zamanda artıq ölkəmizdə koronovirus (COVİD-19) pandemiya dövrü olduğu üçün 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin əlaltısı, pulyığanı Rəna adlı bir müəllimə ibtidai sinif şagirdlərinin valideynlərlə şəxsən özü təklikdə beş-beş qəbul edərək və görüşərək , 50 manat pul yığır və yığılan vəsait direktora çatdırılır.

Ötən sayımızda Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbdə yaşanan neqativ hallarla bağlı əldə etdiyimiz bilgiləri diqqətinizə çatdırmışdıq. Qeyd edək ki, Nizami Rzayevin direktoru olduğu təhsil müəssisəsində ciddi problemlərin hökm sürdüyünü iddia edən məlumatlı şəxsin AİA.AZ-a verdiyi ən son informasiyada bildirilir ki, məhz həmin yazıdan sonra Təhsil Nazirliyi 39 saylı orta məktəbdə yaşanan neqativ hallardan sonra yoxlamalar başlandı və bəzi müəllimlərdən izahat alınıb.



Bununla bağlı AİA.AZ saytı olaraq bu məsələni gündəmdə saxlayacayıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8853 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2020
27-10-2020