Mobil versiya
Roza Məmmədova çirkin əməllərindən əl çəkmir
Tarix: 15-09-2020 | Saat: 10:24
Bölmə:Karusel / Təhsil | çapa göndər

Roza Məmmədova çirkin əməllərindən əl çəkmir


Abşeron rayon, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış kompleksində yerləşən 4 saylı tam orta məktəbin direktoru rüşvətxorluqda ittiham olunur.


AİA.AZ xəbər verir ki, bu barədə kompleksdə yaşayan valideynlər sosial şəbəkə vasitəsilə məlumat veriblər.

Valideynlərin sözlərinə görə, məktəbin direktoru Roza Məmmədova rus bölməsinə əlavə sinif açmaq üçün Təhsil Nazirliyinin adından istifadə edərək valideynlərdən 200 manat "şirinlik" tələb edir:“Bu haqda Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə yazmışıq, amma heç bir cavab əldə edə bilməmişik. Bu dərdimizi bir qrup valideynlər adından yazırıq, inanırıq ki, bizə komək edəcəksiniz. Bizim uşaqlar sentyabrdan Masazır kənd 4 saylı tam orta məktəbin rus bolməsinə 1-ci sinifə getməlidirlər ancaq məktəbdə 2 sinif var və ikisidə dolub, bizim uşaqlar havada qalıb. Bizə yaxın olan məktəbdə ancaq bu məktəbdi və bizə deyiblər ki, əlavə sinif açılacaq. Lakin hələ də bir xəbər yoxdur. Məktəbin direktoru Roza Məmmədova sinfin açılması üçün valideynlərdən 200 manat “şirinlik” istəyir və deyir ki, bu pul Təhsil nazirinə çatacaq ki, əlavə sinfin açılmağına icazə verin. Bizim 200 manat verməyə imkanımız yoxdur. Onda belə çıxır ki, bizim uşaqlar məktəbə getməməli, təhsil almamalıdırlar?”.


Məsələ ilə bağlı Abşeron rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan AİA.AZ-a məsələnin araşdırılacağı bildirildi.


Qeyd edək ki, Masazır kənd 4 saylı tam orta məktəbin direktoru Roza Məmmədovanın adı daha əvvəllər də rüşvətxorluqda hallanıb.

Joker
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5360 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-09-2020