Mobil versiya
Uşaq döyüldüyü iddia edilən bağçadan AÇIQLAMA
Tarix: 30-08-2018, 15:14 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Uşaq döyüldüyü iddia edilən bağçadan AÇIQLAMA


Daha bir bağçada uşaq döyülməsi faktı aşkarlanıb. Belə ki, hadisə Bakının Yasamal rayonu ərazisində yerləşən özəl “Nərgiz” uşaq bağçasında baş verib. 2 yaşı yenicə tamam olmuş, hələ danışa bilməyən uşaq zorakılığa məruz qalaraq ağır formada döyülüb. Uşağın valideynləri məsələni ictimailəşdiriblər.



“Zorakılıq barədə hüquq mühafizə orqanlarına müraciət olunsa da, bağça rəhbərliyi hadisəni törədənin şəxsiyyətini ört-basdır edir, müxtəlif yollara əl atır. Təsəvvür edin, hadisə günündən artıq 10 gün keçib, amma körpəni döyən şəxs bağçada rahat işləməyə davam edir.



Hadisə 21 avqustda baş verib. Uşağı birbaşa bağçadan evə gətirmişəm, evdə özünü anormal aparıb, biz də şübhələnib bədəninə baxmışıq. Gördüklərimiz dəhşətdir.



Zərbə yerinə müxtəlif həkimlər baxıb və uşağa yumruqla zorakılıq edildiyini təsdiqləyirlər. Yumruq izlərinin ölçüləri qadın əlinə xarakterikdir.



Bağçadakı müşahidə kameraları da heç nə vermədi. Əvvəla kameralar bütün otaqları, besedkaları, koridor (hadisələr də əsasən burada olur) və tualetləri əhatə etmir, ikincisi də balamı müşahidə edən kamera guya ki, saat 17:00-dan sonra heç nə yadda saxlamayıb. Belədə də, 2 yaşlı danışa bilməyən bir körpəyə 3 yumruq vuraq soyuqqanlı manyakın kamera altında uşaq döyməsi inandırıcı deyil. Birmənalı olaraq uşağımı kameralar olmayan yerlərdə döyüblər”-deyə sosial şəbəkələrdə uşağın atası Pərvin Şükürzadə bildirilib.



Modern.az saytı azyaşlının döyüldüyü iddia olunan bağça ilə əlaqə saxlayıb.



“Nərgiz” uşaq bağçasının müdirəsi Fəridə Hacıyeva saytımıza açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib.



“Məsələdən xəbərim var. Valideynlə hadisə baş verən günün səhərisi kamera görüntülərinə baxdıq. Valideynin özü də şahid oldu ki, uşaq bağçaya necə yüksək əhvalda gəlibsə, eləcə də atasının əlindən tutaraq bağçanı tərk edib. Bağçada olan kamera görüntülərində uşağın gün ərzində normal formada olduğunu müşahidə etdik. Məsələnin sonrakı vəziyyətini cəmiyyətin ixtiyarına buraxmışıq. Çünki valideynlə həmin vaxt məsələni araşdırmışıq.

Kameralarda saat 17:00 radələrindən sonra heç nə göstərmədiyinə gəlincə, müdirə bunun doğru olmadığını deyib.



“Valideynin qızı bağça açılan dövrdən orada olub. Məktəbəhazırlıq qrupunun uşağıdır. Bağçanın fəaliyyətini bəyəndiyinə görə, oğlunu da bizə qoydu. Niyə bu cür neqativ fikirlər səsləndirdiyini bilmirəm. Əslində, kamera 24 saat çəkir. Sadəcə olaraq uşaqlar 5-ə qədər olduğuna görə həmin uşaq saat 6-ya qədər bağçanın həyətində olub.



Ona görə də kameranı izləmək imkanı yoxdur. Uşaq digər uşaqlarla birgə bağçanın həyətində oynayır. Bu baxımdan dediyi kimi saat 17:00-a qədər olub. Bağçanın rəhbəri olaraq valideynə dedim ki, uşağı ekspertizaya aparın. Tərbiyəçilərin və tərbiyəçi köməkçilərinin əl izləri də yoxlanılsın. Tam məsuliyyət mənim üzərimdədirsə, kim layiqdirsə, cəzasını alacaq. Daha sonra valideyni görmədim. Müəllimlərlə də əlaqə saxlamışam. Belə bir hal baş verməyib”.

aia.az



5233 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930