Mobil versiya
Bəzi insanların məşğuliyyəti - Fala inanmır, faldan da qalmır
Tarix: 18-05-2018 | Saat: 15:50
Bölmə:Yazarlar | çapa göndər




Fuad İsgəndərov

Faktinfo.az saytının baş redaktoru


Artıq falçılar,ekstrasenslərin əvəzinə proqnoz da verirlər.Hər ilin sonu,növbəti ilin əvvəli bunun şahidi oluruq.Bu il də vəziyyət dəyişmədi.Efirlərdə cahillik təbliğ olundu, bir neçə telekanala falçılar çıxarıldı.Onsuz da normal verilişlər hazırlayıb, tamaşaçı auditoriyası yığa bilməyən bəzi TV-lər şeytan əməli ilə məşğul olanlara tribuna verməklə tamaşaçıları xəyal qırıqlığına uğratdı.

Azərbaycan xalqının özünə hörmət edən ziyalılarının,vətandaşlarının hər zaman narazılığına səbəb olan məsələlərdən biri də falçıların efirlərə çıxardılması olub.Çünki ,TV-lər şeytan əməli ilə məşğul olan falçıları bununla həm də reklam etmiş olublar.Onları qəbul etməyənlərlə bərabər,belələrinə inananlar da az deyil. Bir sözlə, belə çıxır ki, kimin işi düz getmirsə, ona “əməl” olunub,ona görə də insanlar falçılara müraciət etməli, pulundan keçməlidir.

Rəvayətə görə, Mirzə Şəfi Vazeh Mirzə Fətəli Axundovla zarafatlaşarkən ondan kim olmaq istədiyini soruşur. Mirzə Fətəli Axundov da molla olmaq istədiyini bildirir. Bu zaman Mirzə Şəfi Vazeh bu peşənin əleyhinə olaraq, “sən də riyakar və fırıldaqçı olmaq istəyirsən?” deyə soruşur. Məhz bu söhbətdən sonra hər iki şəxs qəh-qəhə çəkib gülür. Bu hələ hər iki mütəfəkkirin dövründə falçılara olan inamsızlıq və nifrət hissinin göstəricisi idi.

Bəzi insanların məşğuliyyəti - Fala inanmır, faldan da qalmır

Təəssüf ki, bu gün də bəzən belə hallar təkrarlanır.Bəzi insanlar talelərini fırıldaqçılara, falçılara etibar edirlər. Bəs nə üçün? Dünyanın inkişaf etdiyi bir zamanda bu qədərmi acizik ki, öz taleyimizi tanımadığımız birinə etibar edirik?! İşimiz bir balaca dolaşığa düşəndə falçı və yalancı ekstrasenslərin yanına qaçıb, “səndən başqa köməyim yoxdur, sən mənim son çarəmsən” deyə onlardan mədət umuruq.

Guya biri cinlə danışır, biri kart açır, biri təsbeh fırladır, biri də müqəddəs “Qurani-Kərim”dən istifadə edir. Yox, əsla, “Quran”ı aciz saymırıq,bu müqəddəs kitaba şübhə edənə min lənət! Adamı yandıran falçıların fırıldaqlarında bu müqəddəs kitabdan bir vasitə kimi istifadə etmələri, savadsız insanların da onların təsirləri altna düşmələridir. Hansı ki, bu cür əməllər “Quran”da haram buyurulub.

Əgər falçılar bu qədər çətin işləri yoluna qoyandırlarsa, onda niyə Qarabağ problemini həll etmirlər? Elə birdəfəlik Respublikanın “yüksək səviyyəli” falçı dəstəsini aparıb neçə illərdən bəri həsrətini çəkdiyimiz Şuşa meydanına, Qarabağa qoyaq, onlardan torpaqlarımızı azad etməyi xahiş edək. Əgər bacarırlarsa, erməni serjlərin dilini, ağzını elə bağlatdıraq ki, heç nə demədən özləri torpaqları qaytarsınlar.Bizimlə bir daha işləri olmasın,Qarabağın adını çəkəndə yuxularına cin-şeytan girsin. Həmin falçılar da Azərbaycanın milli qəhrəmanları elan olunsun.

Dəhşətdir, deyilmi?!

Bu gün elə insanlarımız var ki, falçıların yanına gedib öz talelərini qabaqcadan bilmək istəyir.Allahın bu bədbəxtləri anlamırlar ki, falçılar heç öz talelərini qabaqcadan bilmirlər, qaldı ki, başqasının gələcəyi haqqında proqnoz versin. Dərd budur ki, belə işlərə yalnız savadsız insanlar deyil, bəzən savadlı insanlar da inanırlar.Vəzifə artırandanmı deyim,sevgi dalınca qaçan qızlardanmı danışım, “yoldaşım mənə xəyanət edir” deyən qadınlardanmı söhbət açım, yoxsa uşağını ali məktəbə düzəltmək istəyənlərdənmi deyim, bilmirəm?!

Hətta, elə abuturiyentlər də var ki, qəbul imtahanı zamanı hansısa mollanın yazdığı “elmi əsəri”ni üzərində gəzdirir. Bu nə rəzalət, nə biabırçılıqdır?! Bizim bəzi Azərbaycan qadınları, onlardan geri qalmayan müəyyən kəsim Azərbaycan kişiləri belə verlişlərə baxıb falçıların yanında vaxtlarını, pullarını itirirlər. Soruşanda isə “heç, elə-belə, məzə üçün gedirəm” cavabını verirlər, savadsızlıqlarına bəraət qazandırmaq istəyirlər. Ya pulları

çoxdur, xərcləməyə yer tapmırlar, ya da bir prinsiplə yaşayırlar: “Fala inanma, faldan da qalma”.

Demək,hansı millətin təfəkkürü “mən kiməm,biz kimik” sualına cavab verirsə,o millətin nümayəndəsi özünə sahib çıxır.O millətin nümayəndəsinə ancaq realizmin ovqatları hakim kəsilir.Belə cəmiyyətdə falçılar,”gələcəkdən xəbər verənlər”cəmiyyət həyatında aparıcı rola sahib olub,aldada bilmir, meydan sulamırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024