Mobil versiya
Boşanmaların artması məni sevindirir...
Tarix: 19-02-2018 | Saat: 17:04
Bölmə:Yazar1 | çapa göndər

Boşanmaların artması məni sevindirir...


Lalə Niftaliyeva

Son 7 ildə (2010-2017) ölkəmizdə 100 minə yaxın ailə boşanıb. Bəs oxucu dost, sənin adın bu siyahıda varmı, ya sən də bu barədə düşünürsənmi? Yoxsa, hələ "Bala, nə vaxt tərpənirsən” təzyiqlərinə məruz qalırsan? Bizim kimi ailə, mentalitet dərdi çəkən bir ölkə üçün bu göstərici dəhşətlidir, hə?
Bu sevindirici haldır, inanın mənə. Nəhayət ki, cəmiyyət seçim etməyi bacarır. Bəs bu ailələr niyə dağılır? Xəyanət, maddi çatışmamazlıq, savadsızlıq, cəhalət və daha nələr-nələr...

Məsələnin məni güldürən tərəfi bilirsiniz nədir? İndi qadınların kişilərdən daha çox xəyanət etməsidir. Bütün günü namus, qeyrət davası edən, hər kəsi qınayan kişilərin həyat yolaşları ərlərini daha çox aldadır. Yeri gəlmişkən bir hadisədən sizə bəhs edəcəm ki, fikirimi daha yaxşı anlayasınız. Yaxşı şirkətlərdən birində çalışan, istedadlı, öz ayaqları üstündə dayanmağı və öz seçimləri olan bir xanım tanışım var. Bir gün bu qadınların xəyanəti mövzusundan danışdığımız vaxt mənə maraqlı bir hekayə nəql etdi. Deyir ki, işə yeni bir xanım gəlib. Mütəmadi olaraq seçim etmədən ərinə xəyanətlə məşğuldur, lakin o "xoşbəxt ailə” tablosu da öz yerindədir. Bir gün, həmin bu xanım mənim tanışıma deyib ki, bəs filankəs müdirin səndən xoşu gəlir və yaxşı da imkanı var. Niyə ondan "istifadə” etmirsən”. Qız cavab verib ki, o şəxs mənim zövqümdə deyil. Həmin bu "xoşbəxt” xanım da qayıdasan ki, "pirsinq taxmaqla deyil ki, azad düşünə bilmirsən”.

Hə, indi gələk əsas məsələyə. Yuxarıda yəqin ki, diqqət yetirdiniz, "istifadə” sözünü dırnaq içərisində yazdım. Bəli, əsl Azərbaycan xanımının devizi "istifadə etmək”dir. Bütün istedadlarını kişidən qoparcaqları maddi və mənəvi yönlər üçün inkişaf etdirirlər. Bu kişi mənimlə evlənsin, mənə yemək gətirsin, paltar alsın daha bir sürü saymaqla bitməyən istəklər...

Cəmiyyətdə maraqlı tendensiya yaranıb. Artıq əksər qadınlar ərə rahat yaşaya bilmək üçün gedir. "Gəzirəm, yaxşı edirəm, əsas odur ki, ərim var”, şüar budur. Bütün günü "Avropa mədəniyyətini bizə sırımayın, xristianlar əxlaqsızdır” deyən bu cəmiyyəti üfunət iyi verir, mentalitetiniz iylənir, xəbəriniz varmı?

Hər zaman cəmiyyətin inkişaf etməsində əsas yükün qadınların üzərinə düşdüyünə inanıram. Heyif ki, bizim qadınlar bəzəkli kukladan başqa bir şey deyil...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024