Mobil versiya
Ağdam və Tərtərdə zəlzələnin nəticələri aradan qaldırılır - İcra başçıları danışdılar
Tarix: 27-11-2017 | Saat: 15:49
Bölmə:Karusel | çapa göndər

Ağdam və Tərtərdə zəlzələnin nəticələri aradan qaldırılır - İcra başçıları danışdılar


Noyabrın 15-də və 16-da Ağdam, Tərtər rayonların baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Bu barədə Modern.az-a hər iki rayonun icra başçısı məlumat verib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov saytımıza bildirib ki, Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetinin sərəncamı ilə xüsusi komissiya yaradılıb. Hazırda araşdırmalar davam edir. İşlər tam başa çatdıqdan sonra nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Zərər görənlərin çoxu köhnə, fundamenti olmayan tikililərdir. Əksəriyyətində də köhnə çatlar olub, hansılarda ki, arılar yuva qurub, hörümçəklər tor qurub. Komissiya çatların yeni olub-olmamasını dəqiqliyilə yoxlayır”.
M.Məmmədov deyib ki, indiyədək 340 fərdi yaşayış evilə bağlı müraciət daxil olub:
“Müraciətlərin hamısını da komissiyaya yönləndirmişik. Rayondakı bir bağça və bir məktəb ciddi zərər görüb”.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da komissiyanın çalışdığını deyib:
“İndidən dəqiq rəqəm söyləmək çətindir, çünki kəndlərdə iş gedir. Yəqin ki, yaxın günlərdə araşdırmalar başa çatdıqdan sonra məlumat verəcəyik”.
Qeyd edək ki, ilkin məlumata görə, Ağdamda 150-dən çox ev, 1 məktəb binasında çatlar əmələ gəlib.
Qeyd edək ki, noyabrın 15-də saat 23:48 radələrində Azərbaycanda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024