Mobil versiya
“Qiymət qalxdısa, enməsi çətin olur” – Deputat
Tarix: 22-11-2017 | Saat: 12:24
Bölmə:Manşet | çapa göndər

“Qiymət qalxdısa, enməsi çətin olur” – Deputat


“Dövlət büdcəmizə münasibət dəyişməlidir. Söhbət büdcədən yox, ona münasibətdən gedir və mən də büdcəni yox, ona münasibəti tənqid etmişəm”.

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

O bildirib ki, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox idi: “Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Biz bilirik ki, iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsulun qiyməti dövlət tərəfindən tənzimlənir, bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa, onun enməsi çətin olur. İqtisadiyyat Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024