Mobil versiya
Azərbaycanlı avtoritetin qatilləri Rusiyada tutuldu
Tarix: 02-11-2017 | Saat: 16:43
Bölmə:Karusel | çapa göndər

Azərbaycanlı avtoritetin qatilləri Rusiyada tutuldu


Rusiyanın Sankt-Peterburq şəhərində əslən Azərbaycandan olan iki nəfər inzibati həbsləri başa çatdıqdan sonra yenidən saxlanılıb.

AzVision.az “Fontanka.ru”-ya istinadən xəbər verir ki, onlar qətl törətməkdə təqsirli biliniblər.

Məlumata görə, noyabrın 1-də axşam saatlarında müvəqqəti saxlanma təcridxanasından çıxan 42 yaşlı Hüseyn və 38 yaşlı Emin adlı azərbaycanlı şəhərdən çox uzağa gedə bilməyiblər.

FTX-nin banditizmə qarşı mübarizə idarəsinin və konstitusiya quruluşunun müdafiəsi üzrə xidmətin əməkdaşları iki gündən sonra onları yenidən tutublar. Saxlanılan şəxslərin avtomobilindən maska, qara kamuflyaj, əl qumbarası, tapança darağı və durbin tapıb.

İstintaqın versiyasına görə, onlar cari ilin sentyabr ayında Rusiya vətəndaşı 1975-ci il təvəllüdlü Elşən Məmmədovu qətlə yetiriblər. Hadisə Tbilisinin mərkəzində restoranın qarşısında törədilib. Öldürülən şəxs kriminal avtoritet olub. Onu “Land Cruiser” avtomobilində iki naməlum şəxs güllələyib.

Qeyd edək ki, Gürcüstanda ölüdürülən kriminal avtoritet E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024