Mobil versiya
Sabir Rüstəmxanlının bacısı oğlu ev dustağıdır - YENİLƏNİB
Tarix: 03-07-2017 | Saat: 17:51
Bölmə:Gündəm | çapa göndər

Sabir Rüstəmxanlının bacısı oğlu ev dustağıdır - YENİLƏNİB



17:20

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu ilə bağlı qətimkan tədbiri dəyişdirilib.

AİA.Az virtualaz.org-a istinadən bildirir ki, o, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, E.Zahiroğlu iyulun 1-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunmuşdu.

Bu barədə virtualaz.org-a açıqlamasında Həbib Axundov özü məlumat vermişdi.

H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. "O mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı", - deyə deputatın oğlu vurğulamışdı.

Onu da xatırladaq ki, Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.

----------

12:29

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu sərbəst buraxılıb.

AİA.Az bildirir ki, E.Zahiroğlu iyulun 1-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Həbib Axundov adlı şəxsdən rüşvət almaqda suçlanaraq saxlanmışdı.

İlkin məlumatlara görə, E.Zahiroğluya qarşı irəli sürülmüş iddialar əsassız olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024