Mobil versiya
Samux gömrüyü gücləndirilmiş iş rejiminə keçib
Tarix: 17-10-2015 | Saat: 15:05
Bölmə:--- | çapa göndər

Samux gömrüyü gücləndirilmiş iş rejiminə keçib
Rusiyanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun Tahirkənd Qazmaları sərhəd keçid məntəqəsinin bağlanması və bu səbəbdən Xaçmaz rayonu ərazisində Xanoba keçid məntəqəsinin fəaliyyətini dayandırması ilə əlaqədar Samur Gömrük keçid məntəqəsində intensivlik artıb

Samur Gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov APA-nın yerli bürosuna bildirib ki, vətəndaşların, avtomaşınların qonşu ölkəyə vaxtında və növbəsiz keçməsi üçün gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. C.Nadirov bildirib ki, gün ərzində məntəqədən Rusiya ərazisinə 250-300 maşın buraxılır: “Hazırda keçid məntəqəsində hər hansı problem və növbə yoxdur”.

Qeyd edək ki, 15 oktyabr tarixindən Rusiyanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun Tahirkənd Qazmaları sərhəd keçid məntəqəsi öz fəaliyyətini dayandırıb. Sərhəd keçid məntəqəsi 1 ay müddətinə təmir işləri ilə bağlı müvəqqəti bağlanıb. Rusiya tərəfində keçid məntəqəsinin bağlanması ilə əlaqədar Xaçmaz rayonu ərazisində yerləşən Xanoba keçid məntəqəsi də həmin vaxtdan etibarən öz fəaliyyətini dayandırmalı olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024