Mobil versiya
Apreldə Türkiyənin Azərbaycandan aldığı təbii qazın həcmi açıqlandı
Tarix: 26-06-2015 | Saat: 10:40
Bölmə:--- | çapa göndər


"Ən çox İstanbul əhalisi təbii qazdan istifadə edib".

2015-ci ilin aprel ayında Türkiyə Azərbaycandan 530 milyon kub metr təbii qaz alıb. Beləliklə, Azərbaycan bu ölkəyə təbii qaz idxalatında ikinci yeri tutub.

Aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji bazarı Üzrə Tənzimləmə Təşkilatının son yaydığı hesabatda bildirilib.

Hesabatda vurğulanır ki, ən çox təbii qaz idxalatı 2014-cü ildə də olduğu kimi Rusiyadan edilib:

"Belə ki, 2015-ci ilin aprel ayında Rusiyadan Türkiyəyə 1 milyard 891 milyon kub metr qaz ixrac edilib".

İran isə 514 milyon kub metr qazla bu sıraca üçüncü yerdə qərarlaşıb.

Ümumilikdə isə 2015-ci ilin aprel ayında Türkiyə təbii qaz idxalatı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3 milyard 572 milyon kub metr azalıb.

Bundan əlavə, Türkiyə analoji dövrdə 52 milyon kub metr qaz ixrac edib. İxrac edilən tək ölkə isə Yunanıstan olub.

Qeyd edək ki, müvafiq dövrdə İstanbul şəhərinin əhalisi 782 milyon kub metr, İzmir 415 milyon kub metr, Kocaeli əhalisi isə 382 milyon kub metr qaz istehlak edib.

Onu da əlavə edək ki, 2014-cü ildə Tükiyə Azərbaycandan 6 milyard kub metr təbii qaz almışdı. Azərbaycan isə qeyd etdiyimiz kimi Türkiyəyə təbii qaz idxalında 3-cü yeri tutmuşdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024