Mobil versiya
Bakıda bəzi mobil telefonların qiyməti ucuzlaşdı - FOTOLAR
Tarix: 11-02-2017 | Saat: 11:55
Bölmə:Karusel | çapa göndər

Bakıda bəzi mobil telefonların qiyməti ucuzlaşdı - FOTOLAR







Bakıda bəzi mobil telefonların qiyməti ucuzlaşıb. Ötən il qiymətləri kəlləçarxa çıxan telefonlar hazırda nisbətən ucuz qiymətə müştərilərə təklif olunur.

Aia.az xəbər verir ki, telefon satışı ilə məşğul olan İsmayıl Əhmədov bildirib ki, “Samsung” və “iPhone” markalı telefonların qiyməti daha çox ucuzlaşıb.

Satıcının sözlərinə görə, son günlər telefon bazarında qiymətlər hiss ediləcək dərəcədə aşağı düşüb. Belə ki, “iPhone” modelləri 50-100 manat endirimlə satışa çıxarılıb.

“Samsung”un ən çox üstünlük verilən “J” versiyası 450-580 AZN-ə alıcılara təklif olunur. Digər modellərdə də qiymətlərin dəyişdiyi bildirilir.

“Samsung”un müxtəlif modellərinə minimum 20-30 manat endirim tətbiq edilib. Nisbətən bahalı telefonların qiymətləri 50 manatadək aşağı salınıb.

Satıcılar hesab edirlər ki, qiymətlərin ucuzlaşması bazarda canlanmaya səbəb olub. Əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyəti yüksəlib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024