Ana Sayfa > Yazar4 > İncinin balığı

İncinin balığı


1-11-2018, 09:46. Yazar: sevinc1
İncinin balığı


Şəcahan Gün


(İnci Mikayıllıya ithaf edirəm).

-İncinin Cənnət adında bir balığı vardı. İnci onu çox sevir və qayğısına qalırdı. İnciyə bu balığı ad günündə hədiyyə etmişdilər. O, səhər duranda da, dərsdən gələndə də balığının yanına qaçır, onunla görüşürdü. İnciyə belə gəlirdi ki, Cənnətinə qulluq edəndə bütün yorğunluğu çıxır.

Anası Cənnətə dərya barəsində o qədər maraqlı şeylər danışmışdı deyə , o,İncini nə qədər sevsə də həmişə dəryanı gəzmək arzusu ilə yaşayırdı. Və bir gün İncini yuxuya verib arzusunu reallaşdırmaq qərarına gəldi, dəryaya qaçdı...

- Sən kimsən?

-Mən Cənnətəm, İncinin balığıyam. İncini yuxuya verib bura qaçmışam.

-Mən isə Lasos, dəryalarn ən bacarıqlı və cəsarətli balığı. Görürəm, sən dəryada təzəsən. Mən isə burada çoxdan yaşayıram. Dəryanın hər tərəfinə bələdəm. Gəzmək istəyirsən? Bura elə maraqlıdır ki... düşünürəm ki, xoşuna gələcək.

-Əlbəttə, elə ona görə də akvariumdan qaçmışam.

Ardımca gəl. Balıqlar dəryada baş vurub qoşa üzməyə başladılar. Elə bir qədər dərinliyə üzmüşdülər ki, qarşıdan nəhəng bir qaraltının gəldiyini gördülər.

Burada gizlən, Lasos dedi. Dostlar yosunların arasında gizləndilər.

- Bu ağ köpək balığıdır. Görürsən, necə uzundur? Uzunluğu səkkiz metrə qədər ola bilir. Çox qəzəblidir. Bu balıqlar hətta çimərlikdə üzənlərə hücum edirlər. Bu səbəbdən də insanlar onu “ağ ölüm” adlandırırlar. Onlar dəryanın isti sularında , 30 metr dərinliklərdə yaşamağı sevirlər. Qarşısılarına nə çıxsa udurlar. Çox acgözdülər. Hətta dəmir-dümürü də uda bilirlər.

Ağ köpək balığı dövrə vuraraq üzüb geçdi. Dostlar dərindən nəfəs aldılar. Su yosunarı elə böyük idilər ki, Cənnət təəccübünü gizlədə bilmədi.

-Nə yaman nəhəng yosunlardır? - soruşdu.

-Həə, bu yosunlardan insanlar kanat və kəndir düzəldirlər. Çünki möhkəm və dözümlüdürlər.

Dostlar yosunların arasından çıxıb dəryanın dərinliklərində sevinclə üzməyə davam etdilər. Onlar elə xoşbəxt idilər ki...

Bax, mən təkcə irəli-geri deyil, həm də aşağı - yuxarı üzə bilirəm. Indi məharətimi sənə göstərəcəm. Lasos müxtəlif tərəflərə elə gözəl üzürdü ki, Cənnətin ağzı açıq qalmışdı. Birdən qarşılarında qıpqırmızı bir mənzərə açıldı.

Ay da, bu nədir, necə də cəlbedicidir... Cənnət dedi.

Bunlar qırmızı rəngli su yosunlarıdır. Onlar suda çox miqdarda olduqlarından , hətta suyun rəngini dəyişməyə, suyu qırmızıya çalmağa məcbur edirlər.

Dərya çox gözəldir... Cənnət təəccübünü gizlədə bilmədi.

Hələ harasıdır. Gəl, bir az da dərinliklərə üzək.

-Bilirsənmi, biz balıqlara suda yaşamaq niyə zərər vermir?

-Yox, izah edərsən, zəhmət olmasa.

Balıqların dərisininin üst hissəsində dənizdə bədənimizə suyun girməsinə mane olan sərt, parlaq təbəqə var. Əgər bu təbəqə olmasa bizim bədənimiz sudan zərər çəkər və biz məhv olarıq. İndi isə gedək, nahar edək.

Onlar gözəl bir çəmənliyə üzdülər. Bura nağıllardakı kimi rəngbərəng idi. İndi səni dəniz çəməninə qonaq edəcəm. Dostlar ləzzətlə dəniz çəmənindən yeməyə başladılar.

Nə yaman dadlıdır- Cənnət dedi.

Çox dadlıdır, dəniz çəməni tək biz balıqların yox, dəniz böcəkləri üçün də təbii həyat mənbəyidir. Amma , bilirsən, mən çox kədərlənirəm. Son zamanlar insanlar suları o qədər çirkləndirirlər ki, təxminən əlli ildən sonra gördüyün bu bitki örtüyünın yox olmaq təhlülkəsi var. Gərək insanlar dəniz dibindəki bitki örtüyünü qorumaq üçün həyat tərzlərini dəyişsinlır. Yoxsa gördüyün bütün bu bitki örtüyü məhv ola bilər. Bu yosunlara diqqətlə bax, insanlar bunlardan tibb aləmində də istifadə edib, yod alırlar- Lasos kədərlə söylədi.

Sən kədərlənmə, artıq insanlar səhvlərini başa düşüblər və təbiəti qoruyurlar.

Deyə bilərsən, balıqılar necə nəfəs alır?

Bilmirəm axı...

Qəlsəmələri ilə.

Bütün bu bilgiləri haradan bilirsən?

Anam bizə dərya həyatınə ətraflı öyrədib ki, burada yaşamağı bacaraq. Dəryanı yaxşı tanımasan onda sənə çox çətin olar.

Burada daha hansı balıqlar var?

Dəryalarda qəribə balıqlar yaşayır. Bax , o balığı görürsən? Diqqətlə bax, bir azdan o quş kimi uçacaq.

Balıq necə uça bilər? Bu mümkün deyil.

Mümkündür, yanlarında olan süzgəclər qanadı əvəz edir. Həmin balıq suyun üstü ilə uzəcək, havada həşərat görən kimi yuxarı sıçrayıb uçub onu tutub yeyəcək. Bu balıqlar qüvvətli quyruqlarını suya bərk vurmaqla uça bilirlər.

Dostlar elə təzəcə buradan uzaqlaşmışdılar ki, qarşılarına çənəsi uzanaraq qılınc şəklində olan başqa bir balıq çıxdı. Lasos dedi:

Bu isə qılınc balığıdır. Onlar balinaya, qayıqlara və gəmilərə hücum edərək, gəmilərin taxta və dəmir gövdəsini dələrək zədələyə bilir. Çox vaxt belə hücumlardan sonra qılınc balığın özü də məhv olur. Bu balığın çəkisi bəzən 600 kiloqrama çatır.

Qılınc balığı dostları görsə də onlara əhəmiyyət vermədən yoluna davam etdi.

Birdən Lasos həyəcanla Cənnətə dedi:

Tez ol, gizlən?

Nə olub, niyə gizlənim? Lasos Cənnəti yosunların arasına çəkdi.

Qarşıda gələn Elektrikli ilan balığıdır.Onun elektrik hasil etmə qabiliyyəti var.O bu qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edir. Onlar elektriki bədənlərində hasil edirlər. Düşmənlərini, ovlarını hərəkətsiz hala salır, şok edib öldürürlər. Ona yaxın düşmək təhlükəlidir. İki metr məsafədən böyük heyvanları belə öldürə bilirlər.

Elektrikli ilan balığı da bir az fırlanıb üzüb geçdi.

Sən Balta balığı haqqında eşitmisən?- Lasos soruşdu.

Əlbəttə yox. Göstər mənə Balta balığını, maraqlıdır.

Göstərə bilmərəm. Çünki o, 1000 metr dərinliklərdə yaşayır. Ora üzsək geri qayıtmaq çətin olar. Yaxşısı budur onun haqqında sənə məlumat verim.

Balta balığı yaxşı görmə qabiliyyətinə malik olduğuna görə dəryanın dərinliklərində yaşayır.Onun gözləri yuxarı baxan şəkildədir. Bunun səbəbi də o dərinlikdə yaşadığından üstündən keçən balıqları ovlamasıdır. Bu balıqlar bir tərəfdən də yuxarıdan gələ biləcək təhlükələrə qarşı görünməz olmaq məcburiyyətindədirlər. Balta balığı qarnında olan və “fotofor” deyilən hüceyrələr sayəsində ovçulara qarşı müdhiş yanıltma xüsusiyyətinə də malikdir.Bu hüceyrələr işıq istehsal edirlər. Bu, bioloji işıqdır.

Cənnət artıq yorulmuşdu. Səyahət onun xoşuna gəlsə də akvariuma qayıtmaq vaxtı çatmışdı. Bir azdan onun İncisi yuxudan duracaq və yanına qaçacaqdı.

Hə, dostum, məni bağışla, mən akvariuma , İncimin yanına qayıtmalıyam. Lasos kədərlənsə də, başa düşdü ki, ayrılıq zamanı gəlib.

-Gözləyəcəm, yenə gələrsən. Lasos dostu ilə sağollaşıb sulara baş vurub yox oldu.

Səhər açılmışdı. İnci yuxudan duran kimi balığının yanına qaçdı.Cənnət asta – asta akvariumda üzürdü.

İnciyə belə gəldi ki, bu gün onun balığı başqa günlərdən daha da çox xoşbəxt görünür.

Şəcahan Gün

aia.azшаблоны для dle 11.2
Geri dön