Mobil versiya
İsa , Musa quşlarının nağılı
Tarix: 02-03-2018 | Saat: 12:01
Bölmə:Yazar2 | çapa göndər








(əfsanə)

Deyilənə görə, keçmiş zamanlarda zalım bir ağa yaşayarmış. Onun çoxlu qoyun- quzusu varmış. Ağanın qoyunlarını iki balaca qardaş otararmış. Qardaşlardan birinin adı İsa, o birinin adı isə Musa idi.

Qardaşlar səhər gün çıxandan, axşam gün batana kimi ağanın qoyunlarını otarar, axşam bir parşa çörək yeyib və bir qab süd içib küncdə yatardılar. Hərdən ağa heç nədən qardaşları kötəkləyərdi. Ona görə də qardaşlar ağadan çox qorxardılar. Çalışardılar ki, onunla qarsılaşmasınlar, gözünə görsənməsinlər.

Günlərin bir günü yenə səhər erkəndən uşaqlar oyanıb, qoyunları qabaqlarına qatıb, örüşə otarmağa apardılar. Qoyunları örüşə buraxıb bir az oynamaq istədilər. Başları oynamağa elə qarışdı ki, bir də gördülər qoyunlar yoxdur. Uşaqlar çox qorxdular. Ağlaya-ağlaya qoyunları axtarmağa başladılar. Lakin qoyunları tapa bilmədilər ki, bilmədilər. Elə bil qoyunlar yağlı əppək olub göyə çəkilmişdilər. Axşam düşürdü. Ağanın qorxusundan onlar evə qayıda bilməzdilər. İki qardaş oturub yenidən ürəkdən ağladılar. Üzlərini Allaha tutub yalvardılar ki, onları quşa çevirsin. Bəlkə qoyunları axtarıb tapa bildilər.

Allah uşaqların səsini eşitdi. Arzularını yerinə yetirib quşa çevirdi. Hərəsi bir tərəfə uçub qoyunları axtmağa başladı. Dedilər: hansımız qoyunları birinci tapsaq , o birisinə xəbər versin.

O gündən qardaşlar hələ də qoyunları axtarır, amma tapa bilmirlər... Bir-birini səsləyirlər:

-İsa

-Musa

-Tapdın?

-Tapmadım.

Əziz uşaqlar, əgər siz də diqqətli olsanız gecələr İsa, Musa quşlarının bir – birini səsləməsinin şahidi olarsınız.

Şəcahan Gün

Səttar Bəhlulzadə adına

Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024