Mobil versiya
Alça
Tarix: 10-05-2017 | Saat: 11:12
Bölmə:Yazar1 / Seçilənlər | çapa göndər



( Sinif yoldaşlarıma həsr edirəm).

Gözəl bir yaz səhəri idi. Günəş ürkək-ürkək səmadan boylanırdı. Elə bil ki, xəfif təbəssümlə gülümsəyirdi.Təbiət yaşıl donuna bürünmüşdü. Ağacların budaqlarında yuva quran quşlar sevinclərini şən nəğmələri ilə bildirirdilər. Ətrafda müxtəlif səslər eşidilirdi.

Fındıq ağaclarnın körpə yarpaqları atlaz kimi parıldayırdı. Yamyaşıl yamacda otlar topuğa dəyirdi. Günəşin çıxmasına baxmayaraq , hələ də şeh qurumamışdı. Otların arasında yeridikcə ayaqların islanırdı. Amma bu islanmaq insana elə bir rahatlıq, sevinc gətirirdi.

Yamacdakı əlvan güllərin rəngi o qədər gözəl, cəlbedici idi ki, hər kəsi valeh edirdi. Yamacın altından dərə uzanırdı. Dərənin kənarında bitən otlar sanki sulara baş əyirdi. Dərənin suyu o qədər təmiz idi ki, ovcunu doldurub içməmiş buralardan gedə bilməzdin. Dərənin kənarında bitən fındıq kollarının payızdan suya tökülmüş fındıqları, hələ də suyun dibində kəhrəba kimi parıldayırdı.

Quşlar yazın gəlişinə çox sevinirdilər. Mahnı oxuyur, ağacdan ağaca tullanır, dünyaya gələcək balalarının qayğısına qalırdılar. Yamacda ara-sıra alça ağacları görünürdü.

Belə gözəl yaz səhərində məktəb şagirdləri təbiətlə daha da yaxından tanış olmaq üçün həmin bu yamaca ekskursiyaya gəlmişdilər. Yazın gəlişi uşaqların əhvali-ruhiyyəsinə bir az da sevinc qatmışdı.U şaqlar alçalardan dərib ciblərinə, çantalarına yığırdılar. Alçalar turş olsalar da, uşaqlar onu bəh-bəhlə yeyirdilər. Qızların başı çiçək toplamağa elə qarışmışdı ki, Şəhlanın onlardan necə aralandığından xəbərləri belə olmamışdı.

Birdən Şəhla hiss etdi ki, kimsə qarşısında dayanıb. Başını qaldıranda önündə əllərində alça tutmuş Rihadı gördü:

- Yeyirsən?

Rihad gülümsəyərək əllərində tutduğu alçanı ona tərəf uzatmışdı.

Şəhla uzun,qara hörüklərini arxaya atdı. Rihad onun düz gözlərinin içinə baxırdı.

Rihad boyca yodaşlarından fərqlənirdi. Hündürboylu, qarasaçlı, qaragözlü bir oğlan idi. Hisslərini biruzə verməzdi. Güləndə ağappaq dişləri ona xüsusi yaraşıq verərdi.

İçindən bir istilik keçdi. Bütün bədəni titrədi. Az qala yıxılacaqdı. Özünü güclə saxladı. Üzünü yana çevirdi. Əslində alçaları götürmək istəyirdi. Amma bacarmadı:

-Yox, istəmirəm.

Qızlar Şəhlanı çağırdılar. O, dönüb qızlara tərəf qaçdı. Asifin, Rəşidin, Məlahətin ,Cəvahirin, Gülvarın, Varisin... gülüş səsləri yamacı bürümüşdü.

Sanki Səhla heç bir şey görmürdü. Gözlərində Rihadın alça dolu uzanan əlləri qalmışdı. Arxaya döndü. Rihad hələ də alça ağacının altında dayanmışdı.

Qəfildən göy guruldadı. Uzaqdanqara qara buludlar görünürdü...

Uşaqlr məktəbə doğru qaçdılar.

Şəcahan Ramazanova

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024