Mobil versiya
Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb
Tarix: 30-04-2016 | Saat: 23:25
Bölmə:Təhsil | çapa göndər

Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb






2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

TQDK-dan “Report”a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb.

Aşağıdakı cədvəldə bölmə və ixtisas qrupları üzrə elektron ərizələrin sayı haqqında məlumat təqdim olunur:

B o l m ə
I qrup
II qrup
III qrup
IV qrup
Cəmi
Azərbaycan
30351
20703
19180
5272
75506
Rus
2871
2392
1472
493
7228
Cəmi
33222
23095
20652
5765
82734
I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək:
1. Cari ilin məzunları: I və IV qruplar - 15 iyul, II və III qruplar - 23 iyul
2. Əvvəlki illərin məzunları: II və III qruplar - 15 may, I və IV qruplar - 22 may

Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmışTQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024