Mobil versiya
Ağdaş təhsili pis vəziyyətdə-Lütfi Paşayevin başı isə başqa işlərə qarışıb
Tarix: 03-02-2016 | Saat: 15:29
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər

Ağdaş təhsili pis vəziyyətdə-Lütfi Paşayevin başı isə başqa işlərə qarışıb
Nizami adına 2 saylı orta məktəbdə «hərəkət edən» yazı taxtası varmış, Lütfi Paşayevin başı isə başqa işlərə qarışıb

Azərbaycanın təhsil sahəsində yaşanan biabırçılıqlar səngimək bilmir. Bir neçə gün əvvəl Neftçala rayon Təhsil Şöbəsində baş verən özbaşınalıqlardan, ayrılan pulların təyinatdan kənar xərclənməsindən və digər problemlər barədə yazmışdıq.

JAM.AZ xəbər verir ki, əksər əyalətlərdə də durum fərqli deyil. Belə ki, Ağdaş rayonunda da təhsilin durumu ürəkağrıdan həddədir. Çünki illər uzunu ayrılmış milyonlarla vəsaitin nəyə xərcləndiyi məlum deyil. Və ya məlum olduğu məktəblərin durumundan bəllidir.

Qeyd edək ki, fotoşəkildə əksini tapan sinif Ağdaş rayonu, Nizami adına 2 saylı orta məktəbindir. Bu orta məktəbdə yazı taxtası belə divara vurulmayıb. Və şagird hər hansı bir məsələ ilə bağlı yazı taxtasının qarşısında müəllimə izah vermək istəyərsə, bunun üçün əlavə iki tələbəyə də gərək var. Həmin iki tələbənin missiyası isə həmin yazı taxtasını əldə saxlamaqdan ibarətdir.

JAM.AZ bildirir ki, Ağdaş təhsil şöbəsinin müdiri Lütfi Paşayevin məsələdən xəbəri olmasına baxmayaraq, tədbir görməməsi isə ilginc olay deyil. Çünki şöbə müdirinin başı daha çox attestat satmağa, müəllimlərdən pul toplamağa, tenderlərdən gələn pulları bölüşdürməyə və digər işlərə qarışıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024