Mobil versiya
Tədris
Tarix: 28-01-2016 | Saat: 18:48
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər

Tədris

Son zamanlar sosial şəbəkələrdə müəllim-şagird münasibətlərini əks etdirən videorolik paylaşılmışdır.Həmin videoçarxda müəllimin və ya müllimənin şagirdi uşaqların əhatəsində döyərək təhqir etməsi uşagin,yəni şagirdin təsirə məruz qalması deməkdir.Biz həmişə müəllim dedikdə təsəvvürümüzdə hər şeyi kamil bilən,alicənab,mülayim,dolğun,daha səbirli bir insan kimi canlandırmışıq.Çox eşitdiyimiz bir fikir olub ki,müəllim peşəsi müqəddəsdir.Müəllim ikinci atadır,anadır.Bəli həqiqətən uşağın atadan,anadan sonra tərbiyəçisi məhz elə müəllimədir.Valideynlərin uşaqlarının tərbiyəsini,təhsilini,uğurlu gələcəyini tərəddüdsüz olaraq müəllimə həvalə etməsi müəllimlərdə məsuliyyət hissini,tədris keyfiyətini birə-beş artırmalıdır.Ancaq buna baxmayaraq müəllim metodikasında uşağı döyərək tərbiyələndirmək və ya cəzalandırmaq prinsipi yoxdur.Bağban ağac əkir ki,onun bəhrəsini görə.Bəli bəhrəsini görmək üçün də ona illərlə zəhmət çəkir,qulluq edir.Şagird də müəllimin əkdiyi bir ağacdır.Gərək ona elə tərbiyə verəsən ki,elə savad verəsən ki,gələcəyi parlaq ola,tərbiyəli,vətənə layiqli bir övlad ola.Dovlətinə,millətinə xeyiri ola.
Hazırda 21-ci əsrdir.Hər bir sahədə elmin,texnikanın tərəqqi etdiyi bir dövrdür.İndi ərəb xürafatının qədim dövrlərdən qalma falaqqa üsulu ilə şagirdə cəza verilməsi dövrü deyil.Müəllim də bir fərddir.O da bizim əhatəmizdən olan insanlardan biridir.Peşəsindən asılı olmayaraq hər birimiz dərk etməliyik ki,uşaq da bir şəxsiyyətdir.Bİr şəxsiyyət kimi o,özünə hörmət tələb edir.Və buna tam haqqı var.Heç bir kəs istəməz ki,onu insanların,xüsusən də həmyaşıdlarının əhatəsində döyərək təhqir edəsən.Yaxşı müəllim olmaq üçün tədris etdiyin fənni və dərs dediyin şagirdi sevmək şərtdir.Uşaqlar bizim gələcəyimizdir.Onları daha dolğun tərbiyələndirməliyik.

Elçin Pənahov.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024