Mobil versiya
Zorik coşdu: "Savadsız, alaq otu..."
Tarix: 21-01-2016 | Saat: 17:07
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər




Qalmaqallı rejissor Zorik həmkarlarını ağ yuyub, qara sərib. "Burada mənə, Bağdadda kor xəlifə deyən rejissor sübut edib ki, dili olduğu kimi dilçəyi də var. Müğənnilər Sevinc Ağaşirinova və Nazənin üçün qeyri-adi klip çəkən rejissor açıqlama verib:

"Sevinc Ağaşirinova üçün Dubayda çəkdiyim klip tam hazırdır. Yaxın günlərdə onu təqdim edəcəyik. Allahıma min şükür ki, bu il mənim üçün düşərli oldu. İl başlar, başlamaz ikinci klipimi təqdim edəcəyik. Bu ilin sonuna qədər dayanmaq yoxdur, yeni kliplərimlə sizləri sevindirəcəyəm".

Zorik bir neçə müddət susmasının səbəbini də açıqlayıb:

"Düzdür, bir ara qırağa çəkilib susqunluq yaratdım və qıraqdan müşahidə edib gördüm ki, bu sahədə vəziyyət çox acınacaqlıdır. Hər yoldan keçən klipmeyker olub. Və ən gülməlisi odur ki, hazırda çəkilən kliplərə nəzər salsaq mənimlə razılaşarsınız ki, bütün kliplər ya dəniz qırağında, ya da mebel salonlarında çəkilir. Bu isə rejissorlarımızın savadsız olmasından irəli gəlir. Çünki bu sənətin məktəbini mənim kimi, həmkarlarım Kənan M.M, Aqil M.Quliyev kimi mənimsəyənlər çox azdır. Savadsız rejissorlar elə bilirlər ki, elə kameranı əlinə götürdün vəssalam rejissorsan. Xayr ! Biz illərimizi qurban verib, bu sənəti dərindən öyrənmişik. Ona görə də bu gün seçilirik və bu "alaq otu” sayılan yeni çıxmış rejissorlardan (heç dilim də gəlmir rejissor deməyə -red) yerlə göy qədər fərqlənirik. Bu il çəkdiyim kliplərin çoxunu xarici ölkələrdə çəkməyi nəzərdə tutmuşam. Artıq bir neçə təkliflər var. Yenidən gündəmi ələ almaq qərarındayam".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024