Mobil versiya
Sumqaytda müəllim şagirdi amansızcasına döydü - Video
Tarix: 13-01-2016 | Saat: 23:51
Bölmə:Təhsil / Seçilənlər-3 / Manşet / Karusel | çapa göndər



Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb.

Aia.az ans press-ə istinadən məlumatına görə, təqdim edilən videoda aydın görünür ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir və cavabında “Cəhənnəmə xəstədir” deyir.

Həmin videonu təqdim edirik:
[media=https://youtu.be/OWLxFKHCDV0]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024