SDU-da Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparıldı
Tarix: 5-02-2019, 15:40 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

 SDU-da Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparıldı



Fevralın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparıldı.

Universitetin rektoru professor Elxan Hüseynov qonaqları salamlayaraq universitetdə görməkdən mənnunluğunu bildirdi, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə məlumat verdi. Bildirdi ki, son üç il ərzində SDU-nun tarixində ilk dəfə olaraq Dissertasiya şurasının yaradılması və Elmlər doktoru proqramı üzrə doktorant hazırlığının həyata keçirilməsi, fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığının genişləndirilməsi təmin olunmuşdur. Universitetimiz bir çox xarici universitetlər arasında ikitərəfli və coxtərəfli formatda müqavilələr imzalamış və əməkdaşlıq əlaqələrini genişləndirmişdir. Rusiya – Azərbaycan universitetləri assosiasiyası çərçivəsində əməkdaşlıq beynəlxalq konfrans, seminar, olimpiada, forum, nəşrlər, yubiley və beynəlxalq layihədə iştirak istiqamətində aparılmış, qarşılıqlı səfərlər həyata keçirilmişdir. Eyni zamanda tələbələrimiz də təkcə mübadilə proqramlarında deyil bir sıra qabaqcıl universitetlərdə keçirilən konfrans və olimpiadalarda da fəal iştirak etmişdirlər. Tədris prosesində əldə edilən biliklərin təcrübədə tətbiqi universitetin əsas hədəfidir. Bütün bunlar tələbələrin istehsalat təcrübəsinin təşkili, onların bacarıqlarının üzə çıxarılması, yeni nəsil peşəkarların yetişdirilməsi üçün unikal bir stimuldur. Hazırda tələbələrimiz Azərbaycanda və xaricdə fəaliyyət göstərən müxtəlif müəssisələrdə, beynəlxalq şirkətlərdə təcrübə keçirlər, öz nəzəri biliklərini təcrübədə tətbiq edirlər, bu da ölkənin kadr potensialına böyük töhfə olur. Müasir tələblərə cavab verən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının zəruriliyini diqqətə çatdıran rektor universitet-müəssisə əlaqələrinin qurulmasının vacibliyini vurğuladı. Bu əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə etdi.

Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov səmimi və mehriban münasibətə görə rektor professor Elxan Hüseynova təşəkkür etdi, təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışdı, müəssisədə bacarıqlı mütəxəssislərə önəm verildiyini diqqətə çatdırdı. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Sumqayıt Dövlət Universiteti ilə birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili,vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları işinin təşkili üzrə ödənişsiz əsasda təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması,birgə tədbirlərin, o cümlədən, ekskursiyaların, treninqlərin, seminar,dəyirmi masa, konfrans və forumların təşkili,yeni ixtisaslar üçün nəzərdə tutulan dərslik, dərs vəsaiti, monoqrafiyaların hazırlanması və tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edilməsi məsələlərini təklif etdi.

Görüşdə Mərkəzin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi apardılar, bu əməkdaşlıq universitet-istehsalat müəssisələri əlaqələrinin səmərəli olacağını qeyd etdilər və hər iki tərəfə uğurlar arzuladılar.

aia.azшаблоны для dle 11.2



5146 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}