Mobil versiya
“7-ci sinifdə oxuyan qızla evlənmişəm” - Müəllim efirdə etiraf etdi
Tarix: 10-12-2018 | Saat: 17:02
Bölmə:Təhsil / Seçilənlər-1 | çapa göndər

“7-ci sinifdə oxuyan qızla evlənmişəm” - Müəllim efirdə etiraf etdi


Azərbaycanda daha bir müəllim azyaşlı şagirdi ilə evləndiyini deyib.

BakuPost xəbər verir ki, Mirsimayıl Xələfli adlı müəllim bu barədə etirafı "Space” telekanalında yayımlanan "El bizim, sirr bizim” verilişində edib. M. Xələfli 7-ci sinifdə oxuyan şagirdinə vurulduğunu, onu məktəbdən çıxararaq ailə qurduğunu bildirib:"Mən özüm ali təhsilliyəm. Gedib 7-ci sinifdə oxuyan qızla ailə qurmuşam, sabah mənim başıma qaxınc olmasın. Mən onu məktəbdən çıxartmışam. Sabah xanım mənə deməsin ki, yemək bişirə bilməz, işdən yorğun gəlib, yatmalıdır, dincəlməlidir. Mən öz yoldaşıma orta məktəbdə dərs demişəm”.

Bu etirafından sonra o, tənqid atəşinə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Bakı məktəblərindən birində işləyən Rövşən Əzizov adlı müəllimin 9 yaşlı şagirdi ilə eşq yaşadığına dair məlumat yayılmışdı.


aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024