Tələbə davamiyyəti yeni qaydalarla yoxlanılsın - TƏKLİF
Tarix: 5-12-2018, 15:59 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Tələbə davamiyyəti yeni qaydalarla yoxlanılsın - TƏKLİF


Azərbaycan Respublikasında təhsil sahəsində aparılan son illərdəki islahatlar təhsilimizin kəmiyyət və keyfiyyət göstəricilərində müəyyən dəyişikliklərə səbəb olub. Bu özünü həm ali məktəblərə qəbul ballarının göstəricilərində, həm də maksimum bal yığan tələbələrin sayının artım dinamikasında da göstərir. Azərbaycanın təhsil sisteminin Boloniya sisteminə inteqrasiyası da bu sahədə müəyyən dönüşə və əsaslı dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər bir tərəfdən tələbələrin hüquq və vəzifələrinin genişləndirilməsinə, digər tərəfdən isə onlara əvvəlki dönəmdən fərqli olaraq universitetlərdə təhsil və tədris prosesinin imkanlarından tam mənasında geniş istifadəyə imkan verir. Məhz bunun nəticəsidir ki, bir kurs Azərbaycanda təhsil alan tələbələr Avropa və Amerikanın müxtəlif universitetlərində təhsillərini davam etdirə bilirlər. Onlar Azərbaycana qayıtdıqdan sonra isə xarici təcrübənin Azərbaycan universitetlərində tətbiqində xüsusi rol oynayırlar. Bütün sadalanan müsbət dəyişikliklərlə yanaşı, Azərbaycanda xüsusən tələbələri narahat edən ən mühüm məsələlərdən biri də tələbələrin dərsə davamiyyət göstəricilərinin əvvəlki metodika ilə qiymətləndirilməsidir.



Universitetlərdə (xüsusən böyük əksəriyyətində) bu məsələdə köhnə yanaşmalar hakimdir. Akademik dərs iki 45 dəqiqədən ibarət olduğu halda, davamiyyət göstəriciləri üçün Universitet jurnallarında 90 dəqiqə üçün 1 yer ayrılıb. Bu da müəyyən üzürlü və üzürsüz səbəblərdən birinci 45 dəqiqəyə gecikən tələbəyə qaib yazılmasına gətirib çıxarır. Bu qaib isə 90 dəqiqəlik dərsi əhatə etdiyindən 2 saat qaib kimi akademik göstəricilərdə hesablanır. Bunun nəticəsində müəyyən limiti keçmə səbəbindən tələbələr imtahan sesiyasında iştirakdan azad edilir.


Halbuki universitetlərimizdə bəzi ixtisaslarda müəyyən fənlər üçün smestr ərzində dərs yükü bölünərkən həmin fənnlərə 45 saat ayrılır. Yəni 30 saat mühazirə, 15 saat seminar dərsləri. Sonuncu seminar dərsi 1 saat olduğu üçün jurnalda həmin dərsdə iştiraka görə tələbələrin davamiyyət göstəricisi 1 dərs kimi hesablanır.


Sadalanan hal davamiyyət göstəricilərinin hesablanma metodikasında yanlışlığın olduğunun bariz nümunəsidir. Yəni birinci dərsə 5 dəqiqə gecikən tələbə ikinci 45 dəqiqənin də davamiyyət göstəricisinə əsasən qaib alır. Amma onun hüququ vardır ki, ikinci 45 dəqiqəyə görə dərsə davamiyyətə görə qaib almasın. Bu halın müvafiq dəyişikliklərin tələbləri nəzərə alınaraq aradan qaldırılması qiymətləndirmədə fikrimizcə daha optimal yanaşma olardı. Yəqin ki, yeni jurnallar çap edilərkən yeni standartların praktiki tətbiqi bu sahədə yaranan boşluğun aradan qaldırılmasında irəliyə doğru atılmış addım olar. Biz ümid edirik ki, sadalanan məsələlərlə bağlı aparılan dəyişikliklər bu problemi aradan qaldıracaqdır.


Fəlsəfə üzrə fəlsəfə doktoru

dosent Rəşad Əsgərov

aia.azшаблоны для dle 11.2



533 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}