Məleykə Abbaszadə: İmtahanlardakı yeni dəyişikliklər məzunlarımızın bilik səviyyəsinə uyğundur
Tarix: 2-11-2018, 14:31 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Məleykə Abbaszadə: İmtahanlardakı yeni dəyişikliklər məzunlarımızın bilik səviyyəsinə uyğundur


Abituriyentlər və onların valideynləri, elmi-pedaqoji ictimaiyyət edilən dəyişikliklərlə bağlı narahat olmamalıdır. Çünki bu dəyişikliklər etibarlı elmi əsasları olmaqla yanaşı, onlar mərhələli şəkildə, praktikada aprobasiya olunaraq tətbiq olunur və məzunlarımızın bilik səviyyəsinə uyğundur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məzmununda dəyişikliklərə və “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidə səbəb olub. Yeni tədris proqramlarından istifadə ilə qiymətləndirmə sahəsinə də yeni yanaşma zərurəti yaranıb.

M.Abbaszadə qeyd edib ki, bir il bundan öncə ictimaiyyətə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli təqdim olunub, imtahanların məzmun və formasında dəyişikliklər barədə tam məlumat verilib.

DİM sədri bildirib ki, yeni növ imtahanların məzmunu, o cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilib: "Bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanıb. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap edilən “Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” toplusunda nəşr edilib".


aia.azшаблоны для dle 11.2



550 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

21-01-2019
18-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}