Mobil versiya
Təhsilimiz gələcəyimizdir
Tarix: 24-10-2018 | Saat: 13:53
Bölmə:Təhsil | çapa göndər

Təhsilimiz gələcəyimizdir




Ağdam Rayon Təhsil Şöbəsinin fəaliyyəti bu gələcəyin təminatlı uğurları üçün dövlətimizin Təhsil strategiyasını effektiv şəkildə həyata keçirməyə yönəldilib

Bu gün Azərbaycanda təhsil sisteminin inkişaf etdirilərək ən qabaqcıl dünya standartlarına cavab verə biləcək bir səviyyəyə çıxarılması işi, sözün əsil mənasında dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, hər bir inkişaf etmiş dövlətin qurulması üçün tələb olunan zəruri amillərdən biri də həmin ölkədə təhsil səviyyəsinin yüksək olmasıdır. Məhz bu məqsədlərə nail olmaq üçün də dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf etmiş və digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılmışdır.

Təbii ki, ölkədə təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Xüsusilə sevindirici haldır ki, bu proseslər cəbhəyanı bölgələrimizdə daha böyük coşqu ilə getməkdədir. Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Ağdam rayonudur.

Yenilənən təhsilimiz, yeni məktəblərimiz




İlk növbədə belə bir faktı qeyd etmək lazımdır ki, son illər ərzində Ağdam rayonu ərazisində birbaşa dövlət başçısının göstərişi ilə 30 dan çox məktəb tikilib, 15-dən artıq məktəb binası əsaslı təmir olunub və bütün lazımı avadanlıqlarla təhciz edilərək şagirdlərin istifadəsinə verilib. 2016/2017-ci tədris ilində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bənövşələr kənd tam orta mətəbi əsaslı təmir olunmuş, Mahrızlı kənd tam orta məktəbi isə demək olar ki, yenidən qurularaq istifadəyə verilmişdir. Həmçinin 32 saylı köçkün tam orta məktəbi üçün Qobu qəsəbəsində müasir tələblərə cavab verən yeni məktəb binası tikilmiş,101,128 saylı köçkün tam orta,139 saylı köçkün ümumi orta məktəbin binaları əsaslı təmir edilmiş, əlavə modul tipli sinif otaqları quraşdırılıb istifadəyə verilmişdir.Ölkə Prezidentinin 2018-ci il 16 fevral tarixli Sərəncamına əsasən 85 saylı köçkün tam orta məktəbi üçün 96 şagird yerlik modul tipli məktəb binası inşa esdilmişdir.

Uğur və nailiyyət göstəriciləri yüksəkdir

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Ağdam rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində Ağdam təhsili nəzərə carpacaq inkişafa nail olmuşdur. Belə ki, əgər 2015-2016-cı tədris ilində rayonun məktəblərini bitirmiş 410 nəfər məzun ali məktəblərə daxil olmuşdularsa, 2016-2017-ci ildə bu göstərici artıq 471 nəfər, 2017-2018-ci tədris ilində isə, 577 nəfər olmuşdur. Qeyd edək ki, onlardan da 84 nəfəri 500-600 bal, 42 nəfəri isə 600-700 bal toplayaraq ali məktəblərə daxil olmuşlar.




Bundan başqa 2017-2018-ci tədris ilində Ağdam məktəblərinin şagirdləri müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə və idman yarışlarında da xeyli uğurlara imza atmışlar.

Təhsil şöbəsi Təhsil strategiyasına uyğun fəaliyyət göstərir





Heç şübhəsiz bu gün Ağdam təhsilinin uğurlarından danışarkən bu rayonun təhsil şöbəsinin səmərəli fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Hazırda Ağdam RTŞ-nin tabeliyində 116 tam orta, 17 ümumi orta və 1 ibtidai olmaqla 134 ümumtəhsil məktəbi və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu müəssisələrə Uşaq Gənclər İdman Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyyə və Təcrübəçilik Mərkəzi, Şahmat məktəbi və Texniki Yaradıcılıq Mərkəzi aiddir. Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova dövlətimizin Təhsil strategiyasının effektiv şəkildə həyata keçirilməsi yönümündə şöbənin fəaliyyətini kifayət qədər səmərəli formada təşkil edə bilmişdir. Məhz bu fəaliyyətin nəticəsi olaraq son üç il ərzində Ağdam məktəblərində tədrisin səviyyəsi xeyli yüksəlmişdir.

Qısa arayış:

Misirxanova Mətanət Səhrad qızı 1974-cü ildə Ağdam rayonu Kəngərli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuş və 1996-cı ildə Universitetin bioloq, biologiya və kimya müəllimi ixtiası üzrə bitirmişdir. 1994-cü ildə qiyabi şöbəyə keçdiyi üçün ixtisası üzrə Ağdam 16 saylı köçkün orta məktəbinə müəllim təyin olunmuşdur. 1995-ci ildə 16 saylı köçkün orta məktəbindən 85 saylı köçkün orta məktəbinə ixtisası üzrə müəllim köçürülmüşdür. Eyni zamanda 1995-ci iləd Ağdam 18 saylı köçkün orta məktəbinə də kimya-biologiya müəllimi təyin olunmuşdur. 1999-cu ildə öz ərizəsinə əsasən YAP sıralarına daxil olmuşdur. 2004-cü ildə Ağdam RTŞ tərəfinədn keçirilən “İlin müəllimi” müsabiqəsində I yerə layiq görülmüş və fəxri fərmanla mükafatlandırılmışdır. 08.10.2009-cu ildə Ağdam RTŞ tərəfindən “Quzanlı qəsəbə körpələr evi-uşaq bağçası”na müdir təyin olunmuşdur. 2014-cü ildən YAP Ağdam rayon Təşkilatı Qadınlar Şurasına sədr seçilmişdir.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 noyabr 2015-ci il tarixli 48-25-7589/16 saylı məktubu və Rayon İcra Hakimiyyətinin 13 noyabr 2015-ci il tarixli 327 nömrəli əmrinə əsasən Ağdam Rayon Təhsil Şöbəsinin müdir vəzifəsinə təyin edilmişdir.

Ağdam RTŞ-nin hesabat xarakterli sentyabr konfransı keçirilib

10 sentyabr 2018 ci il tarixində Ağdam rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın 2017-2018-ci tədris ilində görülən işlərələ bağlı hesabat məruzəsi ilə başlayıb. Mətanət xanım qeyd edib ki, 2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini 1461 nəfər şagird bitirib, onlardan 1015 nəfəri ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib, məzunlardan 577 nəfəri (56.85%) mùxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Məzunlardan 84 nəfərinin 500-600 arası, 42 nəfərinin 600-700 arası bal topladığı xüsusi qürur hissi ilə qeyd edilib. Konfrasda məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağı bildirilib.





Azərbaycanın bütün şəhər, rayon və bölgələrində olduğu kimi Ağdam Rayon ümümtəhsil məktəblərində də 15 sentyabr tarixində bilik günü böyük təntənə ilə qeyd edilib. Həmin gün rayonun bütün ümumtəhsil məktəbləri üzrə 2285 nəfər şagird ilk dəfə olaraq I siniflərə qədəm qoyub.

aia.az

Orxan Əsədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024