Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar
Tarix: 22-09-2018, 13:56 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar


Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının bu il ilk dəfə orta məktəbə gedən övladları üçün ekskursiya təşkil olunub.

Komitədən Trend-ə verilən məlumata görə, valideynləri ilə birgə işə gələn balacalar onların iş otağı, kollektiv və rəhbərliklə tanış olub.

Balacalar Dövlət Komitəsinin binasını gəzib, ayrı-ayrı strukturların iş şəraitini izləyib, onlara Komitənin fəaliyyəti barədə informasiya verilib.

Daha sonra birincilər Dövlət Komitəsinin sədri ilə görüşüb. Balacaları məktəb həyatına başlamaları münasibətilə təbrik edən Komitə rəhbərliyi onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb.

Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

aia.azшаблоны для dle 11.2



5261 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
14-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}