Mobil versiya
ATU tələbələri Hipertoniyaya həsr edilmiş fləşmob keçirdilər
Tarix: 17-05-2018 | Saat: 14:16
Bölmə:Təhsil | çapa göndər





17 may - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür. Bu münasibətlə Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali məktəbin həyətində tələbələr tərəfindən fləşmob keçirilib.

ATU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Rauf Vəliyevin sözlərinə görə, fləşmobun təşkilində əsas məqsəd tələbələrə və ümumiyyətlə səhiyyə ictimaiyyətinə bu günün vacibliyini xatırlatmaqdan ibarətdir: “Bundan əvvəl də tibb dünyasında qeyd olunan xüsusi günlərlə əlaqədar fləşmoblar keçirmişik. Bu gün 70 tələbənin iştirakı ilə EKQ formalı stobil düzüşlü fləşmob baş tutdu”.

Fləşmobun uğurıa baş tutmasında TGT-nin aktiv tələbələrindən Azad Kərimbəyli, Cavid Mustafa, Kamila Qəhrəmanzadə, Minayə Məmmədova, Gülnur Rüstəmovanın xüsusi zəhməti olub. Aksiya iştirakçıları tədbirin təşkilində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü bütün dünyada 17 may tarixində qeyd olunur. Arterial hipertenziya – arterial təzyiqin 140/90 mm.c.süt-dan yuxarı qalxması halıdır. Arterial hipertenziya birinci və ikinci dərəcəli olur. Birinci dərəcəli arterial hipertenziya zamanı Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik sayılır, əsas və aparıcı əlaməti arterial təzyiqin qalxmasıdır. İkinci halda isə arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024