Mobil versiya
ATU-nun əməkdaşı Eskişehir Anadolu Universitetində konfransda çıxış edib
Tarix: 16-05-2018 | Saat: 10:32
Bölmə:Təhsil | çapa göndər






Türkiyənin Eskişehir Anadolu Universitetində Tətbiqi Biologiya Elmləri üzrə IV Beynəlxalq Konfrans (IV İnternational Congress on Applied Biological Sciences) baş tutub.

Konfransda Azərbaycan Tibb Universitetini (ATU) əczaçılıq fakultəsinin farmakoqnoziya və botanika kafedrasının baş laborantı Nərmin Babayeva təmsil edib. O, “Hedysarum (H) formosum və Hedysarum atropatanum bitkilərinin xammalının morfoloji-anatomik tədqiqi və flavonoidlərin miqdari təyini” mövzusunda çıxış edib. N. Babayeva Azərbaycan florasından olan H. atropatanum və H. formosum bitkilərinin yarpaq və köklərinin morfoloji və anatomik quruluşundakı xarakterik diaqnostik əlamətləri müəyyən etməsi barədə tədbir iştirakçılarına məlumat verib. Tədqiq olunan bitkilərin otunda flavanoidlərin miqdarını HPLC üsulu ilə öyrəndiyini qeyd edib: “Məlum oldu ki, H. atropatanum bitkisinin tərkibində 6274,8 µg/ml, H. formosum bitkisinin tərkibində isə 9425,5 µg/ml flavonoid vardır. Miqdari təyinat üsulunun validasiyası yerinə yetirilib. Aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, hər iki bitki flavonoid baxımından perspektivli növlərdir, sonrakı tədqiqatlarda bu birləşmələrin fərdi qaydada alınması və onların farmakoloji xassələrinin öyrənilməsi aktualdır”.

Qeyd edək ki, N. Babayeva konfransda həmçinin sessiya idarə edib.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024