Mobil versiya
ATU-da Amerika Ürək Assosiasiyasının proqramı əsasında təlim kurslarına başlanılıb
Tarix: 04-04-2018 | Saat: 16:53
Bölmə:Təhsil | çapa göndər






Azərbaycan Tibb Universitetinin (ATU) II müalicə-profilaktika fakültəsində Amerika Ürək Assosiasiyasının proqramı əsasında təlim kursuna start verilib. Təlim fakültənin IV kurs, 260-cı qrup tələbəsi Oktay Hüseynovun təşəbbüsü ilə həyata keçirilir. Kurslarda tələbələrə infarkt, insult, taxikardiya, bradikardiya, ürəyin blokadası zamanı ilk yardım göstərilməsi tədris olunur.

Qeyd edək ki, O. Hüseynov Amerika Ürək Assosiasiyasının (AHA - American Heart Association) proqramı üzrə “Advanced Cardiovascular Life Support” (ACLS) kursunu müvəffəqiyyətlə bitirib və imtahandan keçərək sertifikat alıb. Onun sözlərinə görə, Advanced Cardiovascular Life Support (ACLS) kursunda əldə etdiyi bilikləri ATU tələbələri ilə bölüşür: “Dərsləri keçmək üçün lazımi avadanlığımız da var. Yalnız Basic Life Support (BLS) kursunu keçənlər bu kursa buraxılırlar. ACLS kursunun sonunda iki mərhələdən ibarət imtahan keçirilir. Birinci mərhələdə test imtahanı götürülür. İkinci mərhələdə isə praktik bacarıqlarla bağlı imtahan olur. Hər iki mərhələdən keçən tələbələrə sertifikat təqdim olunur”.

O. Hüseynov qeyd edib ki, sözügedən kurs ayda bir dəfə keçirilir və bir gün ərzində davam edir: “Kursda tələbələrə teoriyanı izah edirəm. ATU-nun Cərrahiyyə Klinikasındaki tədris manekenlerindən istifadə edərək, praktiki olaraq bu teoriyanı tələbələrə göstərirəm. Həmçinin tələbələr də manekenlər üzərində praktiki bacarıqlarını nümayiş etdirirlər. Təlimin sonunda iki mərhələdən ibarət imtahan keçirilir. Təbii ki, test imtahanını keçə bilməyənlər bacarıq imtahınına buraxılmırlar”.

Sözügedən kursda İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin tələbələri də iştirak edib. Təlimdən sonra keçirilən imtahanda 21 tələbə iştirak edib. Onlardan 10 tələbə imtahanı müvəffəqiyyətlə keçib və universitet tərəfindən sertifikartla mükafatlandırılıb.

Qeyd edək ki, O. Hüseynov həmçinin Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılan “Brain Mania” klubunun rəhbəridir. “Brain Mania” müzakirə klubunun yaradılması təşəbbüsü universitet rəhbərliyi tərəfindən dəstəklənib. Klub rus və Azərbaycan sektorlarında oxuyan tələbələri öz ətrafında birləşdirir. Burada tələbələr fərqli və ciddi mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparacaqlar.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024