Mobil versiya
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 23 yaşlı gənc üzərində unikal əməliyyat aparılıb
Tarix: 17-01-2018 | Saat: 14:01
Bölmə:Təhsil | çapa göndər





Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 23 yaşlı gənc üzərində unikal cərrahiyyə əməliyyatı həyata keçirilib. Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri, t.e.d., Mübariz Əliyevin sözlərinə görə, 1994-cü il təvəllüdlü Nurulla Əliyev sol böyrəyin törəməsi vəikitərəfli düyünlü ur diaqnozu ilə xəstəxanaya müraciət edib. İlkin olaraq, instrumental müayinələr edilib, kompüter tomoqrafiya, MRT müayinələri aparılıb: “Sol böyrəyin törəməsi, kalsinasiya olunmuş exinokok kimi dəyərləndirildi. Və qalxanvari vəzidə kasifikasiya olunmuş, qalxanvari vəzin böyük ölçülü düyünləri aşkarlandı. Belə bir müştərək xəstəliklə, xəstəni əməliyyata hazırladıq. İlkin olaraq,xəstədə ikitərəfli strumektamiya əməliyyatı icra olundu və sonra böyrəyinlaporaskopik rezeksiyasını icra etdik. Əməliyyatı ATU-nun Təsris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin professoru Baxışov Əlimərdanla birgə icra etdik”.

Doktor M. Əliyev deyir ki, xəstədə böyrəyin törəməsi onun yuxarı qütbündə, həm də dalağa bitişik olub: “Biz bunu qarından keçmə ilə laporaskopik etdik. İlkin olaraq, həmin törəməni dalaqdan ayırdıq. Dalaqda qanaxma olmadı. Bundan sonra Baxışov Əlimərdan həkimin əl asisstentliyi ilə balaca bir bel kəsiyi ilə sol böyrəyin laporoskopik rezeksiyası əməliyyatını icra etdik. Xəstə əməliyyatdan 5 gün sonra evə yazıldı”.

Histoloji müayinə nəticəsində məlum olub ki, qalxanvari vəzdə olan düyünlər kalsifikasiya olunmuş düyünlərdir. Böyrəyin törəməsi isə osteomadır. İnstrumental müayinə metodlarının yazdığı kalsifikasiya olunmuş exinokok deyil: “Bu möhkəm konsistensiyalı bir şiş idi. Və bilirik ki, osteomalar vaxtında müalicə olunmasa, osteosarkomalara çevrilir. Ona görə də biz bu cavan oğlanın həyatını eyni zamanda, iki ciddi xəstəlikdən xilas etdik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024