Mobil versiya
"9-cu siniflərin xarici dildən imtahanı yeni modellə olacaq" - DİM sədri
Tarix: 14-12-2017 | Saat: 17:44
Bölmə:Təhsil | çapa göndər

"9-cu siniflərin xarici dildən imtahanı yeni modellə olacaq" - DİM sədri


"9-cu sinifdən sonra tədrislərini davam etdirməyən uşaqlar əsasən buraxılış imtahanlarında "2” və "3” qiyməti alanlardır".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə deyib.

Onun sözlərinə görə, 9-cu sinif buraxılış imtahanlarında şagirdlərin "Riyaziyyat” fənnindən bilikləri "Ana dili” fənnindən olan göstəricilərindən çox aşağı olub: "Bir il sonra 9-cu siniflərin buraxılış imtahanlarında xarici dildən də imtahan olacaq və şagirdlərə yeni növ tapşırıq veriləcək. Bununla bağlı 2018-ci ilin yanvar ayında 9-cu siniflər üçün monitorinq imtahanı keçiriləcək. Yeni qaydaya əsasən auditoriyaya qurğu qoyulacaq, mətni oxuyan insan da dilin daşıyıcısı olacaq. Mətni dinləmək və onun əsasında öz fikirlərini söyləmək və ya mətnə aid suallara cavab vermək barədə tapşırıq veriləcək. Hər bir gənc ana dili ilə yanaşı, bir neçə dil bilməlidir və bu dünyanın tələbədir”.

M.Abbaszadə yeni növ imtahanlarla bağlı sınaq imtahanı keçirməməyimizin səbəbi markerlərin sayının az olması ilə bağlıdır. O qeyd edib ki, yazı işlərini yoxlamağa vaxt tələb olunur.

M.Abbaszadə bildirib ki, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı yeni qaydaları Ədliyyə Nazirliyi və Nazirlər Kabineti təsdiqlədikdən sonra o hüquqi sənəd kimi qüvvəyə minməlidir: "Bu prosedur başa çatandan sonra biz buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarını Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirəcəyik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024