Mobil versiya
BDU-da Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib
Tarix: 03-11-2017 | Saat: 13:29
Bölmə:Təhsil | çapa göndər

BDU-da Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.Tədbirdə Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor, professor Sani Hacıyev, fakültənin dekanı, professor Zeynal Həsənalıyev , kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib. Rektor universitetin tarixi, inkişaf mərhələləri və beynəlxalq əlaqələrindən bəhs edib. Tələbələrin inkişafı üçün lazımi şəraitin yaradılması məqsədilə universitetdə görülən işlərdən danışan rektor, onların yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə fayda verəcəklərinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən 16-sının BDU tələbələri olduğunu bildirən rektor, eyni zamanda, universitetdaxili adlı təqaüdlərdən də danışıb. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Yana Məlikovanın “Moskva merinin təqaüdü”nə layiq görüldüyünü deyən rektor bu təqaüdün ona əla oxuduğuna, ictimai fəallığına görə verildiyinə diqqət çəkib, birinci kurslara bu ənənələri davam etdirmək istiqamətində tövsiyələrini verib.

Sonda rektor tələbələrə uğurlar arzulayıb və onları maraqlandıran sualları cavablandırıb.

AIA.Az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024