Mobil versiya
Bərdədə “Breyn-rinq” intellektual oyununun rayon çempionatı keçirilib
Tarix: 02-11-2017 | Saat: 11:21
Bölmə:Təhsil | çapa göndər





01 noyabr 2017-ci il tarixdə akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə YAP Bərdə rayon təşkilatının,Təhsil şöbəsinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət komandaları arasında “Breyn-rinq” intellektual oyununun rayon çempionatı keçirilmişdir.

Çempionatda 16 məktəb (9 şəhər,7 kənd) komandaları iştirak etmişlər.

“Breyn-rinq” intellektual oyununun rayon çempionatı təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.

Komandaların bilik səviyyələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:

1.Aydın Qasımov - Gənclər və idman idarəsinin rəis müavini - sədr

2.Vüsal Quliyev - Rayon Təhsil şöbəsinin müdir müavini - üzv

3.Səba Məmmədova - YAP Bərdə rayon təşkilatının baş məsləhətçisi - üzv

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov açaraq qonaqları təqdim etdi və çempionatın keçirilməsinin məqsədi və məramı barədə məlumat verdi.

YAP Bərdə rayon təşkilatının baş məsləhətçisiı Səba Məmmədova, Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov,Təhsil şöbəsinin metodisti Vüsal Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan, gənclərin partiyaya olan inamından,ölkəmizdə gəncliyinin hərtərəfli inkişafına göstərilən xüsusi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışdılar.

Komandalar püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparmışlar.

Öz yarımqruplarında qalib olmuş N.Nərimanov adına şəhər 3№li (kapitan Ayşən Camalzadə),F.Muradov adına şəhər 7№li (kapitan Allahverdi Zeynallı),T.Qurbanov adına Xanqaraqoyunlu kənd (kapitan Ramin Göyüşov) və Kətəlparaq kənd (kapitan Elnarə Məmmədova) tam orta məktəblərinin komandaları final mərhələsində görüşmüşlər. Daha yüksək intellektual oyun səviyyəsi nümayiş etdirən N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin komandası I yeri, T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası II yeri, F.Muradov adına şəhər 7№li tam orta məktəbin komandası isə III yeri tutmuşdur.

Qalib komandalar Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş rayon tədbirində təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.

Yarışın keçirilmə vaxtı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024