Mobil versiya
Tahir Əmiraslanov ATU-da gələcəyin qida mühəndisləri üçün seminar keçib
Tarix: 01-11-2017 | Saat: 11:43
Bölmə:Təhsil | çapa göndər






Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Azərbaycan Texnologiya Universitetində (ATU) Qida mühəndisliyi fakultəsinin müəllim və tələbələri üçün elmi seminar keçib. Görüşdə həmçinin universitetlə mərkəz arasında əməkdaşlıq əlaqələrinin perspektivi müzakirə olunub.

Əvvəlcə ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov universitetin bütün ixtisas istiqamətləri üzrə müxtəlif müəssisə və təşkilatlarla qurduğu əlaqələrdən, onların nəticələrindən danışıb. O, bildirib ki, Milli Kulinariya Mərkəzi ilə qurulan əməkdaşlıq da qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrin daha yaxşı yetişməsində müsbət rol oynayacaq. Həmçinin mərkəzlə birgə yaradılacaq kurslarda ictimai iaşə obyetklərinin aşpazları təlim keçməklə həm zəruri bilik, həm də müvafiq dövlət qurumları tərəfindən tələb olunan sertifikatları əldə edəcəklər.



Sonra gələcəyin qida mühəndisləri və onları yetişdirən professor-müəllim heyəti qarşısında çıxış edən Tahir Əmiraslanov Azərbaycanın milli mətbəx mədəniyyətinin qədim ənənələri, bu sahə ilə bağlı dünya kulinariya sənətinə qazandırdığımız töhfələr haqqında danışıb. O, qeyd edib ki, Milli Kulinariya Mərkəzinin uzun müddətdir ki, Azərbaycan mətbəxinin dünyada tanınması məqsədilə ardıcıl və effektiv iş aparır. Mərkəz həm peşəkar dövlət qurumu olaraq özü, həm də qeyri-hökumət təşkilatı olan Azərbaycan Kulinariya Assosiasiyası ilə birgə müxtəlif beynəlxalq tədbirlərdə, kulinariya sərgilərində milli mətbəximizi layiqincə təmsil edir. Aparılan bu təbliğatın nəticəsidir ki, artıq ölkəmizdə də milli mətbəxin təqdimatı ilə bağlı vəziyyət müsbətə doğru dəyişir. İndi Azərbaycanda qədim və köklü kulinariya prinsiplərimiz əsasında fəaliyyət göstərən, mətbəximizi layiqincə təmsil edən peşəkar və prestijli restoranların sayı getdikcə artır.



Görüşdə həmçinin milli mətbəxin turizmdəki yeri, mətbəx və incəsənət, mətbəx və sevgi kimi mövzular ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Milli Kulinariya Mərkəzi ilə ATU arasında qurulacaq əməkdaşlıq əlaqələrinə toxunulub. Gəncədə Milli Kulinariya Mərkəzinin bölməsinin yaradılması, ATU daxilində müxtəlif kulinariya kurslarının fəaliyyətə başlaması kimi məsələlər ətraflı müzakirə edilib.

Sonda Tahir Əmiraslanov “Azərbaycan Kulinariyası” adlı kitabını və aşpazlığın sirlərinə aid bir neçə toplunu universitetə hədiyyə edib, tələbələrə bu vəsaitlərdən yararlanmağı tövsiyə edib.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024