Mobil versiya
Liderlik nümunəsi- yaxud Azərbaycanın milli-mənəvi dəyərlərinin himayədarı
Tarix: 30-10-2017 | Saat: 12:39
Bölmə:Təhsil / Seçilənlər | çapa göndər

Liderlik nümunəsi- yaxud Azərbaycanın milli-mənəvi dəyərlərinin himayədarı


Liderlik hamıya qismət olmayan çox şərəfli bir missiyadır. Və liderliyi o adamlar bacarırlar ki, onlar hamıya nümunə olmağa qadirdilər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyəti dövlət və xalq üçün çalışmaq sahəsində tükənməz enerjisi gözəl nümunədir.
Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da Mehriban xanımın bir lider kimi yorulmaz fəaliyyəti çox yüksək qiymətləndirilir.
UNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, nəhayət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti... Bütün bunlar Mehriban xanım Əliyevanın daşıdığı şərəfli vəzifələrin adlarıdır.
İdarəetmə bacarığı, yüksək təşkilatçılıq bacarığı, insanlara, xüsusilə uşaqlara və yaşlı nəslin nümayəndələrinə son dərəcə həssas münasibət Mehriban xanımın yorulmaz və məqsədyönlü fəaliyyətinin tərkib hissəsidir.
Mehriban xanımın uzun illərdən bəri çox böyük uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və yaxından dəstəyi ilə həyata vəsiqə alan bir çox ölkə daxili və beynəlxalq tədbirlər Azərbaycanı müstəqil bir ölkə kimi bütün dünyaya tanıtdırır. Bu şərəfli missiya bu gün də davam etdirilir. Heydər Əliyev Fondunun fəaliyyəti ilbəil daha geniş miqyas alır, xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyətinin zənginləşməsi və bütün dünyaya çatdırılması, onların hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində hər il yeni-yeni layihələrə imza atılır.
Son illər ölkəmizdə çox böyük uğurla başa çatmış bir çox beynəlxalq idman yarışları,digər mədəni tədbirlər həmin əzəmətli işlərin davamıdır.
Bu gün müstəqil Azərbaycan bir çox sahələrdə bütün dünyaya nümunə göstərilən ölkələrdən biridir. Bu möhtəşəm uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi mə'sul dövləti vəzifə daşıyan Mehriban xanım Əliyevanın da misilsiz və fədakar əməyi təqdirəlayiqdir. Müasir Azərbaycan qadınlarının simvoluna çevrilmiş Mehriban xanımla bütün xalqımız fəxr edir. O, bu istəyə, istəyə, sevgiyə layiqdir...

Respublikanın xalq artistləri Gülyaz -Gülyanaq Məmmədova bacıları:
-Mən və bacım Gülyanaqla səhnəyə çıxan gündən həmişə dövlət rəhbərliyimizdən dəstək, hörmət, sayqı görmüşük. Ulu öndərimiz də bizi həmişə çox istəyirdi, heç vaxt diqqətindən kənarda qalmırdıq. O vaxt Ulu öndərimiz bizi əməkdar artisti fəxri adı ilə mükafatlandırdı. O diqqət, qayğını biz muğam ifaçıları indi də Ulu öndərin yolunu layiqlə davam etdirən cənab prezidentimiz İlham Əliyevdən və Heydər Əliyev fondunun prezidenti, birinci xanım, vitse prezident, Mehriban xanım Əliyevadan görürük. Bizim sənətimizi dövlət rəhbərliyimiz layiqlə qiymətləndirib Xalq artisti fəxri adı ilə, Prezident mükafatı ilə təltif edib. Çox şadıq ki, Mehriban xanım da muğamımızı zirvələrə ucaltdı, Solisti olduğum Opera və Balet teatrında oynadığım Leyli və Məcnun operasının ilk tamaşasının oynanılması, Məhəmməd Füzulinin 500 illiyi UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilməsi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı sayəsində nüfuzlu "Eurovision- 2012" mahnı müsabiqəsi Bakıda ən yüksək təşkil edilib. Bakıda keçirilən bu tədbir müasir musiqi mədəniyyətimizin və müsabiqənin tarixinə o parlaq səhifə kimi daxil olub. Mehriban xanıma uzun ömür, can sağlığı, çətin və məsuliyyətli işində uğurlar arzu edirik.
Bəyimxanım Cavanşirova- Verdiyeva:
Xan Şuşinski fondunun rəhbəri
-Mehriban xanım dünya liderlərinin xanımları arasında yeganə, birinci xanımdır ki, həyat yoldaşı ilə çiyin-çiyinə xalqının, dövlətinin, vətəninin rifahı naminə əlindən gələni əsirgəmir. Azərbaycan xalqının milli mənəvi sərvəti olan, muğamlarımızın daha da mükəmməl formada təqdim edilməsində, tanıdılmasında onun zəhmətləri misilsizdir. Mehriban xanım istər ustad sənətkarlarımızı, istər istedadlı gənclərimizi diqqət və qayğı ilə əhatə etmişdir. Mehriban xanımın yorulmaz zəhməti sayəsində Azərbaycan muğamı özünün intibah dövrünü yaşayır. Dünyanın möhtəşəm konsert salonlarında Azərbaycanın muğamları, xalq mahnılarımız dünya musiqi sevərlərinə ən yüksək səviyyədə təqdim edilir. 1971 ci ildə Azərbaycan xalqının milli mənəvi sərvəti olan muğam sənətinin dərin özüllü sütunlarından biri olan dahi muğam ustadı atam Xan Şuşinskinin böyük ustad tarzən Qurban Pirimovun dili ilə desək "Xanın sənətiylə Fərhad kimi külüng çaldığı" Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filormaniyasında 70 illik yubiley tədbirinin sonunda o özünün möhtəşəm Qarabağ şikəstəsini ifa edərək, üzünü tamaşaçılara tutaraq dedi. Əzizlərim Azərbaycan xalqının milli mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən, yad nəfəslərdən qoruyaraq bu gün də estafeti verirəm gənclərə. Sizdən bir ricam var qoruyun muğamatı. Bu gün mən Azərbaycanın milli mənəvi sərvəti olan muğam sənətinin korifey sənətkarlarından biri olan Xan Şuşinskinin qızı olaraq deyirəm ruhun şad olsun ata. Bu gün muğamlarımızın beşiyi başında Mehriban xanım bir ana kimi böyük dəyanətlə, mətanətlə duraraq xalqımızın milli mənəvi sərvətinə ikinci nəfəs verərək, yaşadaraq tanıdır və muğam sənətini ən yüksək zirvələrə qaldırır. Mehriban Əliyevanın yorulmadan səyi, zəhməti nəticəsində Azərbaycan musiqisi, muğamlarımız dünya ictimayyətinə ən yüksək səviyyədə təqdim edilir. Azərbaycanın paytaxtı Bakı şəhərində dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzinin yaradılması, fəaliyyət göstərilməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdı. Azərbaycanda beynəlxalq muğam müsabiqələrin, festivalların keçirilməsi Mehriban xanımın adı ilə bağlıdı. Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi nəticəsində Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuq ənənəsi, Azərbaycan tar sənəti və onun hazırlanma üsulu, Qarabağ atı ilə oynalmış çovqan at üstü oyunu, qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinilməsi, ənənəvi incəsənəti və simvolizmi, Lahıc misgərliyi, lavaş bütün bunların hamısı Mehriban xanım Əliyevanın səyi nəticəsində ümumdünya irs siyahısına düşən Azərbaycanın şifahi, və qeyri maddi irs obyektləri hesab olunur. Gözəl musiqinin dili yoxdu. Siz baxın, görün gənclər arasında bu qədər muğama, milli musiqimizə diqqət hardan qaynaqlanır? Əlbəttə bu hamısı Mehriban xanımın əzmkar zəhmətinin bəhrəsidi.
26 avqust Azərbaycan Respublikasının I Vitse prezidenti, Ölkəmizin birinci xanımı, Azərbaycan muğamının, Azərbaycan musiqisinin təəssübkeşi Mehriban xanım Əliyevanın doğum günü idi. Mən bir vətəndaş kimi, gənc ziyalı kimi təklif edərdim ki, 26 avqust Mehriban xanım Əliyevanın doğum gününü növbəti illərdən Azərbaycan musiqi ictimayyəti muğam bayramı günü kimi qeyd etsin.

Əzizimiz Mehriban xanıma həsr etdiyim şeirim.

Mehriban xanıma

Zəfərlər bəxş etdin Azərbaycana,
Muğamı sevdirdin böyük cahana.
Oldun xalqımıza ən əziz ana!
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Dağların vüqarı, qüdrəti səndə,
Atanın, ananın şöhrəti səndə.
Nigarın, Həcərin isməti səndə,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

İlhamla baş-başa verib vətənin,
Çəkdiniz üstündən dumanı, çəni.
Xalqımız da deyir, lap mən deyəni,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Göz bəbəyi kimi Azərbaycanı,
Qoruyub, artırdın şöhrətin, şanın.
Qazandın sevgisin hər bir ananın,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!


Fuad Biləsuvarlı ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024