Mobil versiya
ATU-da Texnologiya və innovasiyaya dəstək mərkəzi yaradılıb
Tarix: 27-10-2017 | Saat: 12:11
Bölmə:Təhsil | çapa göndər





Azərbaycan Texnologiya Universitetində (ATU) Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə Azərbaycan Höküməti arasında 2014-cü ildə imzalanmış memorandum çərçivəsində Texnologiya və innovasiyaya dəstək mərkəzi (TİDM) fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təsis etdiyi “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi sözügedən memorandumun Texnologiya və innovasiyaya dəstək mərkəzi (TİDM) şəbəkəsinin yaradılmasına dair əməkdaşlıq çərçivəsinə müvafiq olaraq ATU ilə razılaşma imzalayıb. Məhz bu razılaşma əsasında isə ATU-nun bazasında TİDM yaradılmışdır. Azərbaycanda üç yerdə - Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayan bu mərkəzlər əsasən əqli fəaliyyət nəticələrinin hüquqi mühafizəsi məsələləri üzrə biliklərin yayılması effektivliyinin artırılması və patentlərə dair tədqiqatlarının aparılmasını həyata keçirəcək. Mərkəz həmçinin əqli fəaliyyət nəticələrinin yaradılması və effektiv istifadəsi üzrə ixtiraçıların stimullaşdırılması üçün Patent və Əmtəə Nişanları Mərkəzinin və ÜƏMT-nin informasiya resurslarına o cümlədən əqli mülkiyyət sahəsində informasiya resurslarına pulsuz daxil olmaq, o cümlədən intellektual mülkiyyət sahəsində digər ödənişsız informasiya resurlarının təqdim olunmasına yardım etmək məqsədi daşıyır. Bununla yanaşı mərkəz tərəfindən regionlarda əqli mülkiyyət məsələləri üzrə konfransların, seminarların və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Həmçinin cari ilin sonunadək ATU-nun bir tələbəsinin ÜƏMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən baş ofisinə təcrübə proqramına göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 1967-ci ildə yaradılan ÜƏMT-yə indiyədək 189 ölkə üzv olub. Azərbaycanın 1995-ci ildən qoşulduğu təşkilat 1974-cü ildən həm də BMT-nin yaradıcılıq və əqli mülkiyyət üzrə xüsusi qurumu finksiyasını həyata keçirir.

aia.az


ATU-da Texnologiya və innovasiyaya dəstək mərkəzi yaradılıb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024