Mobil versiya
AzMİU-nun tələbəsi “Gəncsən? Başla!” kitabının virtual siması seçilib
Tarix: 18-10-2017 | Saat: 13:19
Bölmə:Təhsil | çapa göndər

AzMİU-nun tələbəsi “Gəncsən? Başla!” kitabının virtual siması seçilib




Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” kitabı ilə bağlı müəllifin sosial şəbəkədəki dostlarına ünvanladığı “Dostum imzam sən ol, simam sən ol!”, “Gəlin gənclərə pozitiv örnəklər verək” müraciətinə maraqlı cavablar gəlib. Cavablar isə pozitiv vərdişləri gənclər üçün örnək olaraq ifadə edən dostların bacarıqlarından ibarət fotoşəkillərdir. Bu aksiyada əsas məqsəd gəncləri faydalı və pozitiv məşğuliyyət aşılayan peşələrin təbliğinə təşviq etməkdir.
Müəllifə sosial media hesablarında dəstək olan dostları eyni zamanda kitabın virtual siması olublar. Kitabın virtual siması olaraq Azərbaycanın tanınmış simalarıyla yanaşı, tələbələr də seçiliblər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin üçüncü kurs tələbəsi Nurlan Mollayev də seçilənlər arasında olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024