Mobil versiya
Yeni dərs ilində yenilənən AzMİU TV
Tarix: 13-10-2017 | Saat: 12:52
Bölmə:Təhsil | çapa göndər

Yeni dərs ilində yenilənən AzMİU TV




Universitetlər arasında ilk layihələrdən biri hesab olunan AzMİU Tv layihəsi yeni komanda üzvləri ilə tədris ilinə maraqlı işlərlə start verib.
AzMİU TV-nin rəhbəri Əziz Hacı bizimlə söhbətində , yeni dərs ilinə start verilməsiylə AzMİU TV komandasının da fəaliyyətə başladığını, yeni tədris ilinə uğurla başladıqlarını deyir. O, komandaya yeni üzvlərin qatıldığını, universitetə yeni qədəm qoyan 1-ci kurs tələbələri arasında ilk dərs həftəsinin təəssüratlarıyla bağlı sorğuların keçirildiyini, gənclərin bu sorğuda fəal iştirak etdiklərini bildirib. O, AzMİU-da 29-1 oktyabr tarixlərində keçirilən ISITES2017 “Mühəndislik elmində innovativ texnologiyalar” mövzusunda Beynəlxalq simpoziumda Türkiyə, İngiltərə, Macarıstan və s. digər ölkələrdən gələn elm adamlarından simpoziumun tələbələr üçün faydalılığı, müzakirə olunan mövzuların aktuallığı barədə reportajlar hazırladıqlarını, universitetlə bağlı müsahibələr götürdüklərini, simpoziumdan canlı yayımlar apardıqlarını qeyd edib. Ə.Hacı komanda üzvlərinin bu ildə, keçən tədris ilində olduğu kimi tələbələri nəzərə alaraq onların marağına səbəb olacaq əyləncəli verilişlər hazırlanacağını, tələbələr arasında sorğuların keçiriləcəyini vurğulayıb. O, AzMİU TV-ni izləyən və sorğularında fəallıq göstərən tələbələrə komanda üzvləri adından təşəkkür edərək, onları yeni dərs ilində də bu kanalın bütün yayımlarını aktiv izləməyə səsləyib.
Məlumat üçün qeyd edək ki, AzMİU TV Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 2014-cü ildə yaradılıb və THİK-in nəzdində fəaliyyət göstərir. 30 nəfər heyəti olan bu komandada könüllü tələbələrdən təşkil olunan operatorlar, fotoqraflar, müxbir və aparıcılar fəaliyyət göstərir. Tələbə könüllülərindən ibarət olan bu komanda universitetdə keçirilən bütün tədbirləri, beynəlxalq simpoziumları, fləşmobları, ölkə üçün əhəmiyyətli tarixi günləri (Müstəqillik Günü, Müəllimlər Günü, 8 Mart və.s), digər aksiyaları lentə alaraq sosial şəbəkələrdə və saytlarda yayımlayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024