Mobil versiya
Yeni imtahan modeli nə vəd edir? - Ekspert
Tarix: 21-09-2017 | Saat: 22:31
Bölmə:Təhsil / Karusel | çapa göndər

Yeni imtahan modeli nə vəd edir? - Ekspert








Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri ya qəbul, ya da buraxılış imtahanlarında saxlanılacaq.

Aia.Az axar.az-a istinadən bildirir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov öz Feysbuk hesabında yazıb.

Onun sözlərinlə, görə hal-hazırda ali məktəblərə qəbul olmaq üçün abituriyentlər 4 ixtisas qurupu üzrə həmin ixtisas qurupuna daxil olan 5 fənndən imtahan verirlər:

"Əlavə olaraq da buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir. Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Təkrar imtahana düşən fənlərin əvəzinə buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz oluna bilər. Həmin fənlər isə qəbul imtahanlarında olmayacaq".

Qeyd edək ki, bu gün 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024