Mobil versiya
Məktəblilər Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiya etdilər
Tarix: 13-03-2017 | Saat: 17:35
Bölmə:Təhsil | çapa göndər

Məktəblilər Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiya etdilər


VOİCEPRESS.AZBeynəlxalq İnformasiya Bürosunun informasiya dəstəyi və ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən "Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” layihəsi çərçivəsində məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiyalarına start verildi.


Nəzərinizə çatdıraq ki, 6-12 mart 2017-ci il tarixlərini əhatə edən "Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi”nin yekunu olaraq 11 mart 2017-ci il tarixində ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin 36, 80, 164 və 203 saylı orta məktəblərindən 75 nəfərlik müəllim-şagird heyəti Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiya etdilər. Ekskursiya "Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə keçirilən layihə çərçivəsində Dövlət Agentliyinin Tədbirlər Planına uyğun olaraq, həftə ərzində adı çəkilən məktəblərdə yenilənə bilən enerji növləri, onların xüsusiyyətləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və s mövzuda keçirilən təlimləri təcrübi yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə həyata keçirildi. Ekskursiya zamanı tələbələrə günəş panellərin işlənməsi, prinsipləri, külək stansiyaların növləri və texnologiyası, mərkəzdə "ağıllı şəbəkə” haqqında geniş məlumatlar verildi.

Qeyd edək ki, 2011-ci il sentyabrın 13-də möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə dünyada ilk Hibrid Stansiya olan "Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” istifadəyə verilib. 38 hektar ərazisi olan bu mərkəzdə 2,7 MVt gücündə Külək Elektrik Stansiyası, 1,8 MVt gücündə Günəş Elektrik Stansiyası və 0.6 MVt gücündə bioqaz stansiyası fəaliyyətə başlamışdır. İdarəetmə mərkəzində yaradılmış laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağı təlim və tədris kurslarının təşkili üçün nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Həmçinin, ölkədə ilk ölçü-müşahidə stansiyası bu mərkəzdə yaradılmışdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024