Mobil versiya
Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
Tarix: 22-02-2017 | Saat: 12:47
Bölmə:Təhsil / Karusel | çapa göndər

Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ

"Aztelekom" MMC son zamanlar sosial mediada nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib.

AİA.Az publika.az-a istinadən xəbər verir ki, N.Məhərrəmova ilin sonuna qədər internetdən pulsuz istifadə imkanı yaradılıb.

21 ildir sözügedən kənddə müəllim işləyən N.Məhərrəmov "Aztelekom" MMC-nin xidməti ərazisində yaşayır. Müəllimə "Aztelekom" MMC-nin hədiyyəsi təqdim olunub.

"Aztelekom" MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, müəllimin bu xeyirxah əməlinin gələcək nəslin tərbiyəsində mühüm rol oynayacağına inanırıq: "Bizim təqdim etdiyimiz bu hədiyyə sayəsində müəllim şagirdlərə əlavə olaraq internet üzərindən də məşğələlər keçə bilər. Bu kimi nəcib davranışlar digər bölgələrdə də olarsa, biz dəstəyimizi verməyə hazırıq", - deyə E.Cabbarov bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024